Polis Qubada əməliyyat keçirdi: Saxlanılanlar var
09:37 13.02.2020
Aktual
534
Qubada qanunsuz olaraq narkotik vasitə saxlamada şübhəli bilinən iki nəfər tutulub. Daxili İşlər Nazirliyidən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq narkotik və psixotrop maddələri saxlamaqda şübhəli bilinən Xaçmaz rayonu Hacıəlibəyli kənd sakini, 44 yaşlı Malik Mehtiyev saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 355 qram olan qurudulmuş marixuana aşkar olunub. Dindirilmə zamanı M.Mehtiyev narkotik maddəni şəxsi istifadəsi üçün qanunsuz olaraq saxladığını bildirib.
Quba RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Cağacuq kəndi ərazisində yerləşən yaşayış olmayan fərdi yaşayış evlərinin birindən ümumi dəyəri dörd min manatdan çox olan elektrik naqilləri oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun Siyəzən rayon sakini, 28 yaşlı Toğrul Güləliyev olduğu müəyyən edilib.
Saxlanılan zaman T.Güləliyev məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmadığı görərək özünə xəsarət yetirmək istəyib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin də qarşısı alınıb. Dindirilmə zamanı isə həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı naqilləri Siyəzən rayonu ərazisində yandırdığını, əldə olunan mis və alüminiumları rayon ərazisində fəaliyyət göstərən əlvan metalları qəbulu məntəqəsinə satdığının bildirib.
Saxlanılan hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə