
Politoloq: Naxçıvana kommunikasiya xətlərinin açılması vacibdir
12:51 17.04.2025
Aktual
424
loveniyalı həmkarıma Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra regionda yaranmış yeni reallıqlar barədə məlumat verdim.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, mart ayında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşması, Azərbaycanın prosesin tam yekunlaşdırılması üçün olan legitim gözləntilərini Ermənistanla bir daha müzakirə etmək şansı olub:
“Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan götürülməsi və Minsk qrupunun ləğvini qeyd etdim. Delimitasiya prosesi aparılır, hələ də kommunikasiyaların açılması məsələsi açıq qalır. Naxçıvanla maneəsiz keçidin hələ də təmin edilməməsi barədə də fikir mübadiləsi aparıldı. Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, orada gedən proseslərə ən böyük təhdid olan mina təhlükəsi də müzakirə edildi”.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Ceyhun Bayramovun bu mövzuya yanaşması kifayət qədər obyektiv və konkret ifadələrlə xarakterizə edilə bilər:

"Azərbaycan-Ermənistan arasında faktiki olaraq sülh müqaviləsi hazırdır. Söhbət 17 maddəlik bənddən ibarət sazişdən gedir. Lakin xarici işlər nazirinin də qeyd etdiyi kimi, açıq qalan məsələlər var. Birincisi, Minsk qrupunun fəaliyyətinin ləğvidir ki, bu, qarşılıqlı razılaşma əsasında olmalıdır. İkincisi, delimitasiya-demarkasiya prosesinin yekunlaşması bir qədər zaman alacaq. Əvvəllər Prezident İlham Əliyev də demişdi ki, bu məsələ sülh müqaviləsindən sonra da davam edə bilər. Lakin kommunikasiya xətlərinin açılması vacibdir. Ən əsası isə Ermənistan Konstitusiyasında Azərbaycan və ətraf ölkələrə ərazi iddiasını ehtiva edən bəndlərin ləğv edilməsi lazımdır. Bunu çox vaxt Ermənistanın daxili proseslərinə müdaxilə kimi qiymətləndirirlər. Əslində isə perspektivdə tərəflər arasında gərginliyin yenidən alovlanmasının qarşısının alınması üçün vacibdir. Prinsip etibarilə Ermənistan 1991-ci il Alma-Ata bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, sonrakı illərdə 20 faiz torpağını işğal etdi. Nəticədə 30 illik münaqişənin əsas başlanğıcı oldu. Rəsmi Bakı bundan sonrakı dönəmdə İrəvanın Azərbaycanın ərazi bütövlüyünü pozmağa çalışmaması üçün bu təklifi irəli sürür. Bu gün hər şey dövlətimizin lehinə olsa da, gələcəkdə də belə davam edəcəyi ilə bağlı qaranti yoxdur. Ona görə də Prezident İlham Əliyevin sözügedən məsələ barədə addımları perspektivə hesablanıb. Digər tərəfdən mövcud problemlərin həllini yalnız Ermənistan gecikdirir. Çünki qarşı tərəf prosesə konstruktiv baxış bucağı sərgiləmir və maneələr yaradır. İkinci Qarabağ müharibəsindən öncəyə qədər ATƏT-in Minsk qrupu boş bəyanatlar verməkdən başqa heç nə etmirdi. Lakin indiki məqamda iki ölkə arasındakı danışıqların nəticəsi olacağına ümidliyik".
Politoloqun fikrincə, sülh müqaviləsinin nə vaxt imzalanacağından daha çox qalıcı və sabitliyindən söhbət getməlidir:
"Ermənistan kifayət qədər siyasi gərginliyə meyilli bir ölkədir. Xüsusilə Paşinyanın inqilabla hakimiyyətə gəldiyini nəzərə alsaq, qarşıdakı dönəmdə də buna bənzər və digər ssenarilər ola bilər. Üstəlik, Ermənistanda hələ də revanşist qüvvələr yetərincə mövcuddur. Odur ki, onların ultramilliyyətçi tutumu davam edir. Ümumiyyətlə Ermənistanda istənilən rejimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, bu gün dövlətin konstitusiyası dəyişdirilsə, gələcəkdə bu kimi faktorlar sülh müqaviləsinə təsir etməyəcək. Əks təqdirdə rəsmi İrəvan beynəlxalq hüquqi məsuliyyət daşıyacaq və manevr imkanları olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm