Pompeo: "Belarusdan bu seçimi tələb etmirik" 

Vaşinqton Minskdən Rusiya və ya ABŞ arasında seçim etməyi tələb etmir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Başa düşürük ki, sizin öz qonşularınız, eləcə də Rusiya ilə uzun tarixi münasibətləriniz var. Biz onlarla bizim aramızda seçim etməyi tələb etmirik, diplomatik münasibətlərdən danışırıq”, - deyə o bildirib.

Qeyd edək ki, Pompeo Belarusa səfir təyin ediləcəyini bildirib.