"Post-müharibə sindromu intiharlar yaradır"
Yusif Nəzərli
08:30 21.07.2022
Aktual
482
Qabil Hüseynli: "Bu sindrom təkcə döyüşçü və yaralılar üçün deyil müharibə bölgələrində yaşayanlara da təsir edir"
Bir çox inkişaf etmiş ölkələrdə savaşdan sonra post-müharibə sindromu özünü göstərir və intihar hadisələri baş verir. Ölkədə fəaliyyət göstərən bəzi psixoloq və psixoanalitiklərin iddialarına görə, Azərbaycandakı qazi intiharlarının səbəbi də bu sindromla bağlıdır. Bu sindromun yaranma səbəbləri çoxdur.
Mövzu ilə bağlı "Şərq"ə danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, bu sindrom təkcə döyüşçü və yaralılar üçün deyil müharibə bölgələrində yaşayanlara da təsir edir:
"Post-müharibə sindromuna ilk dəfə Vyetnam müharibəsindən sonra rast gəlinib. Bu müharibədə iştirak edən ABŞ silahlı qüvvələrinin şəxsi heyəti müharibədən sonra psixoloji sarsıntı keçirərək intihara meyl etməyə başladılar. Həmin dönəmlər bu, Amerikada kütləvi hal aldı. İnsanlar iqtisadi problemlərdən deyil, psixoloji problemlərdən yaranan böhran və təlqinlərin təsiri altında özünə qəsd edir. Bu sindiroma yaxalananlar düşünür ki, bu dünyada nələrəsə çata bilmədim, bəlkə o biri dünyada nəyəsə nail ola bilərəm. Amerikada bu halın qarşısını almaq üçün psixoloqlar və başqa sahənin adamları müdaxilə etsələr də, intiharların qarşısı alına bilmədi.
Eyni hadisənin Əfqanıstana qoşun yeridən Sovet İttifaqında da yaşandığını deyən ekspert qeyd edib ki, Sovet İttifaqı 10 illik müharibə zamanı heç bir uğur əldə edə bilmədi və tələm-tələsik ordusunu geri qaytardı. Bu da ölkədə yeni bir problemin, "Əfqan" sindromunun ortaya çıxmasına səbəb oldu. Daha çox müharibədə iştirak edən ruslar intihar etməyə başladı. Zahirən normal görünən insanlar yaranan psixi böhran nəticəsində həyatla vidalaşırdılar. "Əfqan"sindromu "Vyetnam" sindromuna nisbət zəif olsa da, Sovet Rusiyasında yetərincə öz izini qoya bildi.
Q.Hüseynli bildirib ki, Koreya müharibəsindən sonra Türkiyədə də post-müharibə sindromuna rast gəlindi. Lakin Türk əsgəri daha sağlam mühitdə olduğu və islam dini intihara icazə vermədiyi üçün sindrom geniş hal ala bilmədi.
O qeyd edib ki, bu sindromun bizdə də yayılması təəssüf doğurur.
"Bizdə yaşanan post-müharibə sindromunun motivləri ondan ibarətdir ki, müharibədən gələn insanlar maddi təminatlarının yetərincə olmadığı qənaətinə gəlirlər və bəzən də siyasi yönümlü qüvvələrin təsiri ilə intihara yönəlirlər. Sabirabadda baş verən qazinin intiharında iqtisadi məqamlarla yanaşı siyasi məqamların, yəni təhrikçilərin olduğunu mütləq qeyd etmək lazımdır. Bu təhrifçilər xalqla hökumət arasında dərin çatlar yaratmağa çalışırlar.
Elvin Cəfərovun qəhrəman şəxsiyyət olaraq belə bir hərəkətə yönəlməsi məndə təəccüb doğurdu. O, maddi problemləri olsa da intihar edəcək qədər zəif birisi deyildi. Çox təəssüflər olsun ki, bu sindrom Azərbaycanda özünü büruzə verdi və 36 qazimizin intiharı ilə nəticələndi. Onların hər biri güclü və düşmənlərə ciddi zərbə vurmuş adamlar idi.
Təəssüflər olsun ki, üzləşdikləri problemlərlə yanaşı yaxın cevrələri də onları intihara sövq edənlər sırasındadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə