Pravoslav kilsəsi xarici təzyiqə görə parçalanır - Rusiya

Pravoslav kilsələri arasında münasibətlərin kəskinləşməsi xarici siyasi qüvvələrin onlara etdiyi misilsiz təzyiqin nəticəsidir.

Axar.az xəbər verir ki, bunu Rossiya-1-ə müsahibəsində Moskva və Bütün Rusun patriarxı Kirill deyib.

“Pravoslav kilsəsi kilsə ilə heç bir əlaqəsi olmayan xarici qüvvələrin misilsiz müdaxiləsinə məruz qalır. Əhəmiyyətli siyasi təzyiq yerli kilsələrə edilir”, – deyə o bildirib.