Prezident Azərbaycanla Qırğızıstanın Dövlətlərarası Şurasının yaradılması haqqında memorandumu təsdiqləyib

“Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” Memorandum təsdiq edilib.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Sənədə əsasən, “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilib.