Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu
16:17 28.01.2020
Aktual
507
Tanınmış azərbaycanlı biznesmen, “LUKOİL”in prezidenti Vahid Ələkbərovun Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşü olub. Görüş haqda məlumat Kremlin rəsmi saytında dərc edilib.
Vahid Ələkbərov Vladimr Putinə 2019-cu ilin yekunları, neft-qaz şirkətinin cari fəaliyyətləri haqda məlumat verib.
V. Ələkbərov 2019-cu ili uğurlu başa vurduqlarını, istehsalatda və sosial layihələrin icrasında müvəfəqiyyət qazandıqlarını bildirib.
Rusiyanın dövlət başçısı Vahid Ələkbərova məxsus müəssisələrdə işçilərin nə qədər orta aylıq əmək haqqı aldıqları ilə maraqlanıb. "LUKOIL" in prezidenti söyləyib ki, onun rəhbərlik etdiyi şirkətdə orta aylıq əmək haqqı 65 min rubldur(1700 manat) dövlətə büdcəsinə isə ötən il 1 trilyon 300 milyard rubl vergi köçürülüb.
Tanınmış biznesmen Xəzər dənizində həyata keçirdikləri iqtisadi layihələrdən də danışıb: “Xəzərdə iqtisadi inkişafımızı davam etdiririk. Hazırda Baltik şelfini aktiv şəkildə araşdırmağa başlamışıq. Bütün “artıqlar”ı, yarımfabrikatları birləşdirib ixrac potensialına sahib olmaq hədəfi ilə yekun məhsul yaratmaq üçün mövcud müəssisələrimizdə qaz və neft-kimya sahəsinin inkişafına dair yeni proqram hazırlamışıq”.
Rusiya Prezidenti 2019-cu ildə Soçidə keçirilən sammitdə Afrika dövlətləri ilə əldə edilən razılaşmanın əhəmiyyətinə toxunaraq bildirib ki, hazırda Rusiya Qərbi Afrika ölkələri ilə olduqca sıx əlaqələr qurub və daha dörd Afrika ölkəsi birgə işləmək haqda təkliflə çıxış edib.
Vahid Ələkbərov bu fikirlə razılaşaraq əlavə edib ki, Konqo, Qana və Kamerundan onlara birgə iş qurmaq təklif olunur.
Tanınmış biznesmen Rusiya prezidentini Qərbi Sibirdə salınan yeni sənayə şəhərlərinə baş çəkməyə dəvət edərək, böyük şirkətlərin regional hakimiyyət orqanları ilə münasibətlərinin necə tənzimlədiyi ilə yerində tanış olmağı təklif edib. Vladimir Putin dəvəti qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət