
Putin və Ərdoğan nələri müzakirə edəcək? - Ekspert sirləri açır
Putin və Ərdoğan nələri müzakirə edəcək? - Ekspert sirləri açır
Yusif Nəzərli
12:35 01.09.2023
Aktual
557
Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidana Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutacaq görüşdə nəzərdən keçiriləcək məsələləri müzakirə etməyi təklif edib.
Bu barədə TASS məlumat yayıb.
“Prezidentlər Putin və Ərdoğanın növbəti görüşə hazırlaşdıqlarını nəzərə alaraq, mən onların müzakirəsinə çıxarılacaq məsələləri nəzərdən keçirə biləcəyimizə inanıram”, - Rusiya XİN rəhbəri bildirib.
"Əlbəttə ki, ikitərəfli gündəliyə əlavə olaraq, bizim regional və beynəlxalq məsələlər üzrə çox zəngin dialoqumuz və praktiki əməkdaşlığımız var. Əminəm ki, görüş çox faydalı olacaq”, - Lavrov yekunlaşdırıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə rusiyalı həmkarı Sergey Lavrovla Moskvada apardığı danışıqların Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşə hazırlıq olduğunu bildirib.
“Bizim müzakirə edəcəyimiz məsələlər iki liderin qarşıdan gələn görüşünə hazırlıq olacaq. Biz “Taxıl sazişinin” bərpası və Ukraynada ədalətli sülhün yaradılması məsələlərini müzakirə etdik. Bundan əlavə, Suriya və Cənubi Qafqazdakı vəziyyət də gündəmdə olacaq. Qonaqpərvərliyə və səmimi qəbula görə əziz dostuma (Sergey Lavrova) təşəkkür edirəm”,-Fidan qeyd edib.
Ərdoğanla Putin arasındakı görüşün Soçidə baş tutacağını qeyd edən türkiyəli politoloq, Ankara Universitetinin professor Toğrul İsmayıl "Sherg.az"a vurğulayıb ki, danışıqlar zamanı bir çox məsələnin müzakirə olunacağı gözlənilir:

"İki lider arasında masaya yatırılacaq əsas mövzunun "taxıl sazişi" olacağı ehtimal olunur. Açıqlamalardan da bəllidir ki, tərəflər müəyyən razılığa gəliblər. Yəni alternativ həmlə əldə olunub. Çünki bu razılıq olmasaydı Ərdoğan və Putinin ayın 4-də görüşməsi qeyri-mümkün olardı. Hakan Fidanın da Rusiya və Ukrayna səfərinin məqsədi də görüşdən öncə hər iki tərəfin fikirlərini öyrənməyə hesablanmışdı. Digər tərəfdən Türkiyə və Rusiya rəhbərlərinin Cənubi Qafqazdakı vəziyyəti də diqqətdə saxlayacağı istisna deyil. Ümumiyyətlə belə görüşlərdən əvvəl XİN rəhbərləri müzakirələr aparır, son qərar isə Prezidentlər tərəfindən verilir. Həmçinin Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin də danışıqlar masasına yatırılacağı söylənilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə