Putindən İstanbulda mühüm açıqlama: “Türk axını”...

Rusiya qazının “Türk axını” ilə çatdırılması Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Bunu Rusiya Prezidenti Vladimir Putin İstanbulda “Türk axını” kəmərinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə deyib.

“Rus qazının “Türk axını” ilə çatdırılması şübhəsiz ki, Türkiyə və Qara dəniz regionunun iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır, həm də Cənubi Avropa ölkələrinin inkişafına müsbət təsir göstərəcək və bütünlükdə Avropanın enerji təhlükəsizliyini yüksəldəcək”, - Putin qeyd edib.