Qarabağ və Şərqi Zəngəzurda işlər sıfırdan görülür
07:40 25.05.2023
Aktual
344
Yeni güzəştlər işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın genişlənməsinə birmənalı müsbət təsir göstərəcək
İşğaldan azad edilən ərazilərdə sahibkarlar üçün daha bir güzəşt tətbiq olunacaq. Artıq istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar kommunal xidmətlərə görə ödədikləri vəsaitin bir qismini geri ala biləcəklər.
İşıq, su, qaz və kanalizasiya xidmətlərindən istifadə üçün büdcəyə ödənilən pulun 20 faizi geri alınacaq. Yəni sahibkar tərəfindən ay ərzində fərqli kommunal xidmətlərin istifadəsi zamanı 1000 manat ödəniş həyata keçirilibsə, onun 200 manatı sahibkarın hesabına qayıdacaq.
İqtisadçı Fuad İbrahimli "Şərq"ə açıqlamasında bildirib ki, bu güzəşt işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın genişlənməsinə birmənalı müsbət təsir göstərəcək. Ekspert vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda işlər sıfırdan görülür və yenidən həyat qurulur: "İstənilən biznes sahəsində güzəştlər paketinin olması həmin sektorun dirçəlişində, sözügedən bölgənin iqtisadi dövriyyəyə cəlb edilməsində birmənalı stimullaşdırıcı amildir. Bu, nəzəri və praktiki baxımdan institusional müstəvidə öz təsdiqini tapıb. İqtisadi baxımdan inkişaf etmiş ölkələr müəyyən ərazilərlə bağlı güzəştlər paketini tətbiq ediblər. Bunun ən gözəl nümunəsini İkinci Dünya müharibəsindən sonra Almaniyanın timsalında görmüşük. Məhz iş adamlarına, iqtisadi sahələrə imtiyazlar və güzəştlər sayəsində dövlət qısa zaman kəsiyində Avropanın lokomotivinə çevrilməyi bacardı. Azərbaycan da maliyyə dayanıqlığı olan bir dövlətdir. Təbii sərvətlərini iqtisadi dövriyyəyə cəlb edən bir ölkədir. Güzəşt layihələri sayəsində işğaldan azad edilmiş ərazilər həm iqtisadi, həm də sosial cəhətdən tam şəkildə ölkənin iqtisadi dövriyyəsinə cəlb ediləcək. Eyni zamanda investisiya mühitinin cazibədarlığı baxımından da bu tipli iqtisadi güzəştlərin tətbiqi çox önəmlidir. Ümid edirəm işgüzar sahibkarlar bu güzəştlərdən yararlanmağa çalışacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm