Qaydalar dəyişdi: Sərhəddən nağd pul keçirərkən diqqətli olun
08:15 04.02.2020
Aktual
528
Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrində sərhəddən nağd pul keçirmənin yeni qaydaları qüvvəyə minib. Sputnik Azərbaycan Rusiyanın Federal Gömrük Xidmətinə istinadən xəbər verir ki, yeni qaydalar fiziki şəxslərə aiddir.
Belə ki, məbləği 100 min dollardan çox olan vəsaiti sərhəddən keçirərkən o, nəinki bəyan edilməli, həm də onun mənşəyi bildirilməlidir.
Federal Gömrük Xidmətində deyiblər ki, bu tələb həmçinin sonradan nağdlaşdırıla bilən çeklərə, veksellərə və adsız qiymətli kağızlara aiddir.
Vəsaitin mənşəyini təsdiqləmək üçün konversiya əməliyyatlarına, hesabdan pul vəsaitinin çıxarılmasına və ya kreditin alınmasına dair bank sənədləri, eləcə də mülki-hüquqi əməliyyatları (məsələn, vəsaitin miras qoyulmasını və ya hədiyyə edilməsini) təsdiqləyən sənədlər təqdim edilməlidir.
Avrasiya İqtisadi Komissiyası yeni qaydalar haqqında qərarı keçən ilin avqustunda qəbul edib. Sözügedən dəyişikliklər terrorçuluğun maliyyələşdirilməsində və ya cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılmasında istifadə edilə biləcək pul vəsaitlərinin hərəkətini dayandırmaq üçün nəzərdə tutulub.
Hazırda beş ölkə - Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan AİB-ə üzv ölkələrdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat