Qazaxıstanda yeni birpalatalı parlamentə keçirilən seçkilərdə yerli vaxtla saat 18:00-a olan məlumata görə, seçicilərin 72,15 %-i səs verib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının katibi Şavkat Utemisov brifinqdə məlumat verib.
“Ölkə üzrə saat 16:00-a 9 095 298 seçici bülleten alıb. Bu, seçici siyahılarına daxil edilən vətəndaşların 72,15 %-ni təşkil edir”, - deyə o bildirib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ən aşağı seçici fəallığı Almatıda qeydə alınıb. Burada seçicilərin 41,06 %-i səs verib.
Ən yüksək seçici fəallığı isə Türküstan vilayətində qeydə alınıb. Vilayətdə seçicilərin 90,17 %-i səsvermədə iştirak edib.
***
15:49
Qazaxıstanda yeni birpalatalı parlamentə — Qurultaya keçirilən seçkilərdə saat 16:00-a olan seçici fəallığı 65,37 faizə çataraq 2023-cü ildəki göstəricini üstələyib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının üzvü Asel Janabilova keçirdiyi brifinqdə məlumat verib.
"Ölkə üzrə saat 16:00-dək 8 milyon 240 min 336 seçici bülleten alıb ki, bu da siyahıya daxil edilənlərin 65,37 faizini təşkil edir", - A.Janabilova bildirib.
Ən düşük fəallıq 36,65 faizlə Almatıda, ən yüksek göstərici isə 81,38 faizlə Qızılorda vilayətində qeydə alınıb. Paytaxt Astanada seçicilərin 46,38 faizi səs verib.
Qeyd edək ki, yeni konstitusiyaya əsasən iki palatalı parlament ləğv edilərək 145 deputatdan ibarət birpalatalı Qurultay yaradılıb. Seçkilərdə 7 partiya iştirak edir və seçki fəallığı üçün minimum hədd nəzərdə tutulmur.