Azər Həsrət: "Növbəti mərhələdə dövlət dili haqqında ayrıca qanun qəbul etməklə məsələ birdəfəlik həll edilə bilər"
Qardaş Qazaxıstanda Konstitusiya Referendumu keçirildi. Qazaxıstan prezidenti Qasım Comərd Tokayev referendumda seçici aktivliyinin yüksək olduğunu, üksək mədəniyyət, demokratiya nümunəsi göstərildiyini bildirib.
Siyası şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki,bəli, Referendumda əhalinin iştirakı yüksək dəyərləndirilir, 70 faizdən çox seçicinin iştirak etdiyi bildirilir. Lakin bizi maraqlandıran Qazaxıstannın dövlət dili və rəsmi dillə bağlı Konstitusiyaya ediləcək dəyişiklik idi: 
- Dövlət dili ilə bağlı narahatlıq yoxdur, Konstitusiyanın 9-cu maddəsində qeyd olunur ki, Qazaxıstanda dövlət dili qazax dilidir. Qazax dili dövət dili olaraq qalır, amma rus dili də rəsmi dil olaraq qalır. Biz o maddənin ümumiyyətlə çıxarılmasını, qazax dilinə alternativ başqa bir dil olmasını istəmirdik, Qazaxıstan ictimaiyyətinin rəyi də bundan yana idi ki Konstitusiyada qazax dilindən başqa hər hansı başqa dilin adı keçməsin. Təəssüf ki o maddə qaldı. Əvvəlki Konstitusiyada “rus dili qazax dili ilə bərabər işlədilir” maddəsi vardısa, yeni Konstitusiyada bir balaca yumşalmaya (daha doğrusu bir az sərtliyə) gedilib və rus dilinin qazax dili yanaşı işlədilə bildiyi qeyd olunur. Əlifba məsələsinə gəlincə, Qazaxıstanda kiril əlifbası qalmaqdadır. Əslində, 2025-ci ildə latın qrafikasına keçid Qazaxıstanda və Özbəkistanda da yekunlaşmalıydı. Amma proses ləng gedir. Hər iki ölkədə kiril əlifbası qalmaqdadır. Biz prosesin sürətlənməsinin tərəfdarıyıq. Çünki kiril əlifbasından imtina rus mirasından qurtulmaq üçün ciddi stimul verəcək. Necə ki ümummilli lider Heydər Əliyev zamanında bu problemi kökündən həll etdi, “Dövlət dili haqqında” qanunu imzalamaqla. Qardaş ölkədə də bunun olması vacibdir. Özbəkistanda vəziyyət nisbətən qənaətbəxşdir. Məsələn, Özbəkistan Prezident Alministrasiyasının sosial mediada paylaşımları yalnız latın əlifbasıyla verilir. Kirillə paylaşımlar edilmir. Proses gedir, sadəcə bir qədər zəifdir. Biz daha tez baş versin istəyirik. Bütün hallarda Qazaxıstan Konstitusiyasında rus dilinin 1 pillə aşağı endirilməsi var, bu, səsvermədə təsdiqini tapıb. Növbəti mərhələdə dövlət dili haqqında ayrıca qanun qəbul etməklə məsələ birdəfəlik həll edilə bilər. Çıxış yolu var. Gözləyək, görək proses necə inkişaf edəcək. Hərəkətlənmə yəqin ki olacaq.