Qızıl Ay Cəmiyyəti öz sıralarını könüllülərlə genişləndirir

Türkiyənin Qızıl Ay Cəmiyyəti (QAC) könüllülər sayəsində sıralarını genişləndirir.

AZƏRTAC xəbər verir ki, hazırda QAC sıralarında 60 min könüllü təmsil olunur. Onların 5 mini Şimali Kiprdədir.

Ölkə üzə 16 regional mərkəzi olan cəmiyyət Türkiyənin 76 vilayətində fəaliyyət göstərir. Artıq 150 yaşını tamamlayan Türkiyə Qızıl Ay Cəmiyyəti 2017-ci ildən etibarən könüllüləri öz sıralarına qəbul etməyə başlayıb. Cəmiyyətin yardım trayektoriyası qitələri dolaşmaqdadır.