Qonşu ölkədə bayram faciəsi: Mindən çox insan zəhərləndi

Yeni il bayramı günlərində Gürcüstanda qida və alkoqollu içkilərdən zəhərlənmə halları qeydə alınıb.

Axar.az xəbər verir ki, dekabrın 31-dən yanvarın 3-dək Gürcüstanın təcilli tibbi yardım müəssisələrinə və xəstəxanalarına alkoqol və qida zəhərlənmələri ilə əlaqədar 1254 müraciət daxil olub.

Müraciətlərdən 387-si qidadan, 844-ü isə alkoqollu içkilərdən zəhərlənmə ilə əlaqədardır. Daha 23 halda isə zəhərlənmə həm qida, həm də alkoqoldan baş verib.

Mütəxəssislər bu sayın artacağını istisna etmirlər.