Qubada narkotik maddə satan şəxslər saxlanıldı
13:09 10.12.2019
Aktual
480
Qubada narkotik maddələrin satışı ilə məşğul olan dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon sakinləri - əvvəllər məhkum olunublar, 37 yaşlı Xalid Hacızadə və 29 yaşlı Cəbrayıl İlyasov saxlanılıblar.
Saxlanılan zaman hər iki şəxsin üzərindən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı X.Hacızadə və C.İlyasov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduqlarını, narkotikləri isə X.Hacızadənin kirayə yaşadığı evdə saxladıqlarını etiraf ediblər.
Polis əməkdaşları tərəfindən qeyd edilən evə keçirilən baxış zamanı isə oradan qabaqcadan satış üçün hazırlanmış bükümlərdə olan küllü miqdarda metamfetamin və heroin, eləcə də kibrit qutularında olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı