Ramiz Mehdiyev onları vəzifədən uzaqlaşdırdı
09:43 12.02.2020
Aktual
489
Azərbaycam Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının strukturunda dəyişiklik edilib və dörd qurum ləğv olunub. Report xəbər verir ki, bunlar Protokol şöbəsi, Katiblik, İkinci xüsusi şöbə və Elmi irs mərkəzidir.
Bundan başqa, Rəyasət Heyətində iki yeni - Daxili nəzarət və audit şöbəsi və Sənədlərlə iş şöbəsi yaradılıb.
Eyni zamanda, Elm və təhsil baş idarəsinin adı dəyişdirilərək, Elm və təhsil idarəsi, Beynəlxalq əlaqələr idarəsinin adı yenilənərək, Xarici əlaqələr idarəsi, Elmi tədqiqatların koordinasiyası şöbəsinin adı dəyişdirilərək, Elmi tədqiqatların əlaqələndirilməsi şöbəsi, Maliyyə və mühasibat uçotu şöbəsi Maliyyə şöbəsi adlandırılıb.
İqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov Elm və təhsil idarəsinə, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva Xarici əlaqələr idarəsinə rəis təyin ediliblər. F.Kazımov indiyə qədər həmin idarənin rəisi vəzifəsini icra edirdi.
Texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova Elmi tədqiqatların əlaqələndirilməsi şöbəsinin, texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev Maliyyə şöbəsinin, Rzaqulu Hacıyev Kadrlar və hüquqi təminat şöbəsinin, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin, Sevinc Həsənova Sənədlərlə iş şöbəsinin, İqbal Qəhrəmanov Birinci xüsusi şöbənin, texnika elmləri doktoru Elton Məmmədov isə İşlər idarəsinin müdiri vəzifəsinə təyinat alıblar.
S.Həsənova bundan əvvəl ləğv olunan Protokol şöbəsinin müdiri işləyib.
Ləğv olunan Katibliyin müdiri Rəqsanə Əzizova, İkinci xüsusi şöbənin müdiri Eldar Quliyev və Elmi irs mərkəzinin müdiri Zemfira Hacıyeva isə yeni strukturda yer almayıblar.
Daxili nəzarət və audit şöbəsinə müdir vəzifəsinə isə hələlik təyinat yoxdur.
Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyəti aparatının yeni təsdiq edilən struktur rəhbərləri ilə görüşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual