
Regionda risklər artır: NATO Cənubi Qafqazda yumruğunu yerləşdirmək niyyətindədir
11:39 04.10.2024
Aktual
654
NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır. Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Astanada MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasında bildirib. Onun sözlərinə görə, Qərb Ermənistanın KTMT-dən çıxmasına can atır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha da asılı vəziyyətə salacaq. Həmçinin bildirib ki, Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla, Ermənistan-Azərbaycan nizamlanmasına başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. Cənubi Qafqazda NATO blokunun möhkəmlənməsi təbii ki, regionda sabitliyə kömək etməyəcək.
Politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, NATO və Kollektiv Qərbin Cənubi Qafqaza can atması bəlli həqiqətlərdən irəli gəlir:

“Dünyanın geosiyasətinə nəzər salsaq görərik ki, artıq Kollektiv Qərb özünü doğrultmur. Yəni Amerika, Avropa İttifaqı arasında ziddiyətlər baş verir. Amma Cənubi Qafqazda və Postsovet məkanında Qərb kollektiv qüvvə şəklində özünü nümayiş etdirir. Amerika Birləşmiş Ştatları əsasən Avropa rıçaqlarından istifadə edir ki, öz nüfuzunu Qafqaz bölgəsində gücləndirsin. NATO Cənubi Qafqazın vacib məntəqəsində yumruğunu yerləşdirmək niyyətindədir. Onların Ermənistandan alət kimi istifadə etməsi təsadüfi deyil. Qərb Ermənistan ərazisindən plazdarm kimi istifadə edir. Həmçinin Qərb öz niyyətlərini 30-40 il öncə həyata keçən planın əsasında qurmağa səy göstərir. Sovet İttifaqının rəhbərliyində Mixail Qarbaçov olanda Ervin Rommellə arasında danışıq olub ki, Sovet qoşunları Şərqi Avropadan çıxır və NATO öhdəlik verir ki, Sovet İttifaqının sərhədlərinə yaxınlaşmayacaq. Lakin Sovet İttifaqı dağıldı, NATO isə yavaş-yavaş Şərqə doğru addımladı. Bu gün NATO fiziki cəhətdən Ukraynada mövcuddur və nəzərlərini Moldovoya, Cənubi Qafqaza yönəldib. Azərbaycanla NATO-nun əməkdaşlıqlarının olması heç kəsə sir deyil. Amma buna baxmayaraq NATO regionun ən güclü dövləti Azərbaycanla əməkdaşlıqla kifayətlənmir və mövcudluğunu daha da gücləndirməyə çalışır. Buna görə də regionun ən zəif bəndi Ermənistanı hədəf seçiblər. Sözügedən proseslər bölgə dövlətlərinin, eyni zamanda Rusiyanın, İranın və Türkiyənin diqqətindədir. NATO-nun Qafqaza təmtəraqla gəlməsinə ehtiyac yoxdur, onsuz da Türkiyə burada mövcuddur. Amma NATO-nun bu qədər cənfəşanlığı Türkiyəyə güvənməməsindən irəli gəlir. Ona görə də Türkiyəni Avropa İttifaqına yaxın buraxmırlar. Azərbaycan da həm Qərb, həm də Şərq qütbləri ilə münasibətlərini formalaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi bizim ən böyük istinad yerimiz türk dünyasıdır. Həqiqətən də türk dünyasında olan hər bir üzv özünü rahat hiss edə bilər. Çünki burada üstü örtülü məsələlər yoxdur və yeraltı sular axmır. Azərbaycan həm özünün, həm də regionun təhlükəsizliyini qorumağa çalışır. Ermənistan isə Azərbaycandan fərqli olaraq regionda risqləri artırmaqla məşğuldur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual