Rəsmi İrəvanın Bakıya qarşı heç bir təsiri mövcud deyil - Ədalət Verdiyev
Yusif Nəzərli
10:55 15.08.2023
Aktual
443
Avqustun 14-də saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə Ordumuzun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb", - məlumatda vurğulanıb.
Hadisəni "Sherg.az"a dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanın həm sərhəddə, həm də Qarabağda mövcud olan qeyri-qanuni silahlı birləşmələrinin fəaliyyətləri sülh prosesini pozmağa və hər iki istiqamətdə eskalasiya yaratmağa hesablanıb:
"Ermənistanın tərəfinin bu qədər fəallaşması müharibəyə gətirib çıxarmasa da, lokal toqquşmalar ehtimalını artırır. Yəni savaş üçün Ermənistan ordusunun real potensialı olmadığına görə müharibə ehtimalını kənara qoyuruq. Digər tərəfdən münaqişəyə üçüncü qüvvənin müdaxilə etməsi mümkün deyil. İndiyə qədər baş verən proseslər onu göstərir ki, Ermənistan Azərbaycanla münaqişə məsələsində Fransa, İran və Himdistanın dəstəyini nəzərə almasaq, tək qalıb. Yəni Rəsmi İrəvanın Bakıya qarşı heç bir təsir və təzyiq mexanizmi mövcud deyil. Ümumiyyətlə üçüncü qüvvələrin məsələyə müdaxiləsi isə NATO üzvü olan Türkiyənin Azərbaycan tərəfindən hadisələrə adekvat reaksiyasına gətirib çıxara bilər ki, bu da həmin güclər üçün böyük fəlakətlər vəd edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya