Rəsmi qurum mətbuata çağırış etdi: "Bəzi xəbər saytlarında..."
16:00 18.12.2019
Aktual
419
Bir müddət əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heç bir ekspertiza rəyi olmadan, səhhətində problem yaranmış şəxslərdən alınan ilkin məlumatlar əsasında bəzi xəbər saytlarında tələm-tələsik “qida zəhərlənməsi” başlığı altında yanlış məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq olunub. Ancaq təəssüf ki, buna baxmayaraq ötən həftə yenidən Qusarda bir ailənin 8 üzvünün və digər 3 nəfərin, guya qidadan zəhərlənməsi ilə bağlı yanlış məlumatlar bəzi mətbuat səhifələrində yer aldı.
Bu barədə Sherg.az-a AQTA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, həmin hadisələrlə bağlı Agentlik tərəfindən aparılan araşdırmalar nəticəsində, eyni zamanda Qusar Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş rəsmi məlumatda hər iki hadisənin qida zəhərlənməsi olmadığı öz təsdiqini tapıb.
“Məlum oldu ki, həmin şəxslər xəstəxanaya həzm orqanlarında pozğunluqla bağlı müraciət ediblər və onlara ümumiyyətlə Rayon Mərkəzi Xəstəxanası tərəfindən qida zəhərlənməsi diaqnozu qoyulmayıb. Hər iki fakt üzrə müraciət edən şəxslərə simptomatik yardım göstərilib və stabil vəziyyətdə evə buraxılıblar. Son hadisələrdən də göründüyü kimi faktlara söykənməyən və bu kimi yarımçıq məlumatların yayılması məsələyə qeyri-peşəkar yanaşmaqla yanaşı, ucuz reytinq qazanmaq və insanlar arasında yersiz təşviş yaratmağa hesablanıb”, - deyə AQTA-dan bildirilib.
Agentlik bir daha bəyan edir ki, istənilən halda ekspertiza rəyi olmadan hansısa yarımçıq məlumatın media vasitəsilə yayılması yolverilməzdir: “Bütün bunlar göstərir ki, bu kimi yanlışlıqların bir daha baş verməməsi üçün vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, kütləvi informasiya vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya