Rob Sobhani: "Azərbaycanda ağacəkmə təşəbbüsü digər ölkələr üçün modelə çevriləcək"
11:06 07.12.2019
Aktual
429
Azərbaycanda ağacəkmə kampaniyası həm lokal, həm də qlobal əhəmiyyət daşıyır.
Bunu Trend-ə amerikalı ekspert Rob Sobhani İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü şərh edərkən deyib.
O bildirib ki, lokal miqyasda Azərbaycan Birinci vitse-prezidentinin bu təşəbbüsü ölkədə yaşıllıq sahələrinin genişlənməsinə yönəlib, ətraf mühitin sağlamlaşdırılmasına və Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasına töhfə verir:
“Qlobal miqyasda isə bu təşəbbüs bəşəriyyət qarşısında dayanan, əsas məsələlərdən biri olan iqlim dəyişikliyi və karbon tullantıları probleminin həllinə töhfə verir. Bildiyiniz kimi, Yerin temperaturu artır və buzlaqların əriməsi müşahidə olunur. Planetdə istiləşmə aclıq, yoxsulluq və kütləvi ölüm kimi təhlükəli nəticələrə gətirib çıxara bilər. Ağacların əkilməsi karbon tullantılarının qarşısının alınmasında ən səmərəli üsullardan biridir”.
Ekspert qeyd edib ki, Nəsiminin 650 illiyinə həsr olunmuş ağacəkmə təşəbbüsü digər ölkələr üçün modelə çevriləcək:
“Azərbaycan xalqı Birinci vitse-prezidenti ilə fəxr etməlidir, çünki Mehriban Əliyeva nəinki qlobal əhəmiyyətli məsələlərdə liderlik nümayiş etdirir, həm də Azərbaycan iqlim dəyişiklikləri probleminin həllinin mərkəzinə yerləşdirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya