Rus deputat Dilqəmlə Şahbaza görə yeni Ombudsmanla görüşəcək
09:52 03.12.2019
Aktual
354
“Öz ata-baba qəbirlərini ziyarətə gedərkən Ermənistan Ordusunun girov götürdüyü azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Rusiyaya dəfələrlə müraciət etmişəm. Hətta Şahbaz Quliyevin Rusiya vətəndaşı olduğunu da müraciət məktubunda xüsusi qeyd etmişəm. Təəssüf ki, bu müraciətlərin heç bir faydası olmadı. Ermənistan həmişəki kimi destruktivliyində qalır və mülki şəxsləri girovluqdan azad etmir. Bununla Ermənistan beynəlxalq hüquqa meydan oxuyur”.
Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı, Azərbaycandakı Rus icmasının sədri Mixail Zabelin Ermənistan tərəfindən girov götürülən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışarkən deyib.
Azərbaycanda yeni Ombudsmanın seçildiyini qeyd edən deputat ondan gözləntilərini də dilə gətirib:
“Artıq Azərbaycanda Ombudsman dəyişib. Yeni və çalışqan bir xanım Ombudsman seçilib. Azərbaycanlı girovların məsələsini yenidən gündəmə gətirmək və müzakirə etmək üçün mütləq yeni Ombudsman Səbinə Əliyeva ilə görüşəcəm”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, onlarla birlikdə gedən digər soydaşımız Həsən Həsənov isə güllələnərək, öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qondarma "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm