Rusiya İrəvandakı mümkün ssenariləri araşdırır

Rusiyanın güc strukturlarının analitik mərkəzlərinə Ermənistanda baş verən hadisələri diqqətlə izləmək və Ermənistanda yaxın 2-3 ay ərzində baş verə biləcək hadisələrin mümkün ssenarilərini hazırlamaq tapşırığı verilib.

Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb.

“Rusiya dairələri çalışır ki, Ermənistanın xarici və daxili vektorlarını müəyyənləşdirərək, qiymətləndirmə aparsınlar. Buna uyğun olaraq etibarlı analizlər verilməsi istənilib. Bizim Moskvadakı mənbələrimiz xəbər verir ki, regiondakı bu hadisələrin, xüsusilə Qarabağda gözlənilən “seçkilər” və İran ətrafındakı proseslərin geosiyasi risklərini nəzərə alaraq, mümkün təsirlərini tədqiq etmək tapşırığı verilib”, – deyə xəbərdə bildirilib.