Rusiya prezidenti sabah Türkiyədə olacaq

Rusiya Prezidenti Vladimir Putin yanvarın 8-də Türkiyəyə işgüzar səfər edəcək.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, V.Putin “Türk axını" qaz boru kəmərinin istismara verilməsi ilə bağlı mərasimdə iştirak etmək üçün İstanbula gedəcək.

Kreml rəhbəri həmçinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bir sıra aktual məsələlərlə bağlı müzakirə aparacaq.