Rusiya Qərbə qarşı siyasi blok yaradır
Yusif Nəzərli
01:46 06.07.2022
Aktual
389
İranın, Argentinanın və Braziliyanın BRİKS-ə qoşulmaq niyyəti görünür
ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Fransa və Yaponiyanın ötən həftə Almaniyada gerçəkləşən toplantısında əsas müzakirə mövzusu Rusiya olub. “Böyük yeddilər” Rusiyaya qarşı sanksiyaların sərtləşməsi barədə fikir mübadiləsi aparıblar. Ancaq hələ ki, Qərb dövlətlərinin ortaq qərarları Rusiyanı durdurmağa kifayət etmir. “Böyük yeddilər” Rusiya ilə Çin arasında tərəfdaşlıq münasibətlərindən də narahatdırlar. Onlar Çindən Moskvanın siyasətinə təsir etməsini istəyiblər. “Böyük yeddilərin” məntiqinə görə, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini durdurmaq üçün Kremlə təzyiq etməlidir.
“Atlas” Araşdırmalar Mərkəzi Elxan Şahinoğlu deyib ki, Pekin hökuməti Rusiya-Ukrayna müharibəsinə görə Qərbi ittiham etməkdə daha çox maraqlıdır. Analitikin fikrincə, “Böyük yeddilər” bir tərəfdən Pekini yola gətirməyə çalışırlar. Digər tərəfdən isə NATO-nun yeni konsepsiyasında Çin təhlükələrdən biri kimi dəyərləndirilir:
“Pekin bu dəyərləndirməni təxribatçı adlandırır. Hesab edir ki, NATO “soyuq müharibə” dövründəki baxışlarını hələ də davam etdirir. Pekin NATO-nun Avropanı qarışdırdığını, indi isə hədəf kimi Asiya qitəsini seçdiyini iddia edir. Bu arada, Kreml “böyük yeddilərə” qarşı BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) sıralarını genişlədirməyə qərar verib.
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov artıq genişlənmə prosesinə start verildiyini bildirib. Lavron növbəti iki ölkənin adını da çəkib:
“Argentina və İran layiqli namizədlərdir”. İran BRİKS-ə üzv olmaq üçün müraciət göndərib. Argentinanın da Braziliyanın ardınca təşkilata qoşulmaq istəyi var. Rusiyanın məqsədi aydındır. Kreml BRİKS-i genişləndirmək yolu ilə ətrafında Qərbə qarşı siyasi blok formalaşdırmağa çalışır. BRİKS ölkələri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləmirlər.
Buna baxmayaraq, BRİKS ölkələrinin Rusiya ilə əməkdaşlıqlarını davam etdirmələri və Kremllə təmaslarını davam etdirməsi də Prezident Vladimir Putin üçün vacibdir. Kreml BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə ABŞ əleyhinə çoxqütblü dünya formalaşdırmağa çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət