
Rusiya və Ermənistanın hərbi müttəfiqliyinin pozulması qaçılmazdır-ŞƏRH
11:10 27.11.2023
Aktual
501
"Fransanın təxminən yeddi təlim mərkəzində Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ermənistandan olan əsgərlər hazırlanır".
Bu barədə rusiyalı hərbi bloger Anastiya Kaşevarova Teleqram kanalında məlumat yayıb.
Məlumata görə, “Fontevrault L'Abbedəki” təlim mərkəzi erməni əsgərlərin hazırlığı ilə məşğul olur:
“Belə təlim mərkəzlərinin sayı çoxdur, təxminən yeddiyə yaxındır”.
Bəzi təlim mərkəzlərindən foto və video sübutun da olduğu iddia olunur:
“Xüsusilə, Mayi-le-Kan ərazisindəki “CENTAC - Centre d'entrainement au combat” döyüş hazırlığı mərkəzi və “CES - Center d'entrainement des post de” təlim mərkəzində erməni hərbçilər hazırlanır. Fransız təlimatçılar, o cümlədən etnik erməni əsgərlər işə cəlb olunublar. Onlar arasında könüllülər də var, əsasən də “artsax”dan gələn gənclər bura cəlb olunurlar. Proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərir, bu baxımdan məcburi göndərilən hərbçilər də var. Bunlar Ermənistan ərazisində xidmət edənlərdir. Hazırda əsgərlərə NATO silahları ilə işləmək öyrədilir və daha sonra onlar Şimal Hərbi Dairəsinin zonasına göndəriləcəklər. Qəribə bir təsadüf nəticəsində oktyabrın ortalarında Ermənistanın müdafiə naziri Fransada səfərdə olub və orada Fransa Müdafiə Nazirliyi ilə bir sıra sənədlər imzalayıb. İndi aydın olur ki, orada hansı “təcrübə mübadiləsi” müzakirə olunub.
Fransa ilə Ermənistan arasında təlimləri "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli söyləyib ki, Azərbaycan ordusunun sentyabr ayında keçirdiyi antiterror əməliyyatları nəticəsində Qarabağ regionundan Ermənistana çoxlu sayda erməni hərbçi gedib:
"Ermənistan ordusunun Qarabağda qalan tör-töküntüləri tərksilah edilib və Azərbaycan ərazisindən çıxarılıb. Bəzi məlumatlara görə, həmin erməni hərbçilərin ümumi sayı təxminən 10 min nəfərə yaxındır. Rusiyada da bəzi hərbi-siyasi dairələr Qarabağdan tərksilah edilib, Ermənistana göndərilən erməni hərbçiləri Rusiya ordusunun tərkibinə daxil etmək ideyası müzakirə olunurdu. Ancaq Kreml bunu bacarmadı. Eyni zamanda, rəsmi İrəvan da Rusiya ilə ciddi bağlantıları olduğu bildirilən bu erməni hərbi kontingentinin Ermənistanda qalmasına müsbət yanaşmır. Paşinyan hakimiyyəti həmin erməni hərbi kontingentinin yaxın gələcəkdə Ermənistanda Rusiyanın dəstəyi ilə silahlı qiyam törədə biləcəyindən ciddi şəkildə narahatdır.
Ona görə də, Fransanın sözügedən erməni hərbçilərdən Ukrayna savaşında istifadə etmək ideyası rəsmi İrəvan üçün cəlbedici görünmüş ola bilər. Ermənistana göndərilmiş fransız təlimçilərin erməni hərbçiləri yüksək ödəniş qarşılığında Ukraynaya göndərilməyə razı saldığı bildirilir. Bəzi məlumatlara görə, hazırda Fransa təlim düşərgələrində təxminən 4-5 min nəfərə yaxın erməni hərbçi Ukrayna savaşında iştirak üçün hazırlanmaqdadır. Bu barədə məlumatlar həm Qərb mətbuatında, həm də Rusiya və Ermənistan media qaynaqlarında yayılmağa başlayıb".

Analitik qeyd edib ki, bu məlumatlar doğru çıxarsa, Rusiya-Ermənistan hərbi müttəfiqliyinin de-fakto pozulması qaçılmaz olacaq:
"Kreml rəsmi İrəvandan bu barədə geniş izahat tələb edə bilər. Yəqin ki, Rusiya Ermənistanın bu davranışına sərt reaksiya verəcək. Hələlik isə Kreml sadəcə, bu barədə kəşfiyyat məlumatlarını müxtəlif media qaynaqları üzərindən ictimailəşdirməyə çalışır. Bunun ardınca Rusiyanın daha sərt və konkret cavabı qətiyyən istisna deyil. Sadəcə, Kremlin nə vaxt, hansı addımları ata biləcəyi hələlik bir qədər müəmmalı xarakter daşıyır.
Bu məlumatların doğru olma ehtimalı kifayət qədər yüksəkdir. Çünki rəsmi İrəvan Fransa təlim düşərgələrində 200 erməni hərbçinin döyüş hazırlığı keçdiyini artıq etiraf edib. Belə anlaşılır ki, Fransa Ermənistana tam təhlükəsizlik və toxunulmazlıq təminatı verib. Əks halda, Ermənistan bu qədər arxayın davranmağa cəsarət etməzdi. Rəsmi İrəvan müəyyən mənada, erməni hərbçiləri "satışa" çıxarıb və bunun sayəsində Qərbdən, o cümlədən də Fransadan bəzi hərbi-siyasi və maliyyə dəstəyi almağa çalışır. Halbuki, bu, çox təhlükəli oyundur. Çünki Rusiyanın Ermənistanı cəzalandırmaq üçün kifayət qədər hərbi-siyasi mexanizmləri mövcuddur. Həmin mexanizmlər hər an hərəkətə gətirilə bilər".
Qeyd edək ki, Ermənistan hələ də KTMT-nin üzvüdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı Kallasdan açıqlama
19:23 30.06.2026
Gündəm
İran ilə ABŞ arasında gec-tez sülh sazişi imzalanacaq - POLİTOLOQ
19:17 30.06.2026
Gündəm
Armine Marqaryanın fikirləri reallığı əks etdirir - Fazil Mustafa
19:07 30.06.2026
Gündəm
Karapetyan Paşinyanı təhdid etdi
18:27 30.06.2026
Region
Litvanın yeni Baş naziri seçilib
18:23 30.06.2026
Dünya
Avropaya dəhşətli istilər qayıdır: Təhlükəli səviyyə...
18:05 30.06.2026
Ekologiya
I Bakı Türkoloji qurultayın gizlinləri - mətbuat nə yazırdı?
17:32 30.06.2026
Tarix
Xameneinin cənazəsi İraqa aparılacaq
17:29 30.06.2026
Dünya
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
17:15 30.06.2026
Gündəm
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:58 30.06.2026
Siyasət
İdmanla enerji içkisi əks qütblərdə dayanır - Həkim-terapevt
16:56 30.06.2026
Sağlamlıq
Putin və Tokayev arasında telefon danışığı oldu
16:41 30.06.2026
Dünya
İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü
16:32 30.06.2026
Gündəm
Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib, qaçdı
15:36 30.06.2026
Maraqlı