Rusiyada Koordinasiya Şurasının yaradılmasına razılıq verildi - FOTOLAR
15:09 28.11.2019
Aktual
477
Noyabrın 25-dən 29-dək Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında işgüzar səfərdə olub. Rakus.az xəbər verir ki, səfər çərçivəsində Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini Andrey Rudenko, MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal agentliyin (Россотрудничество) rəhbəri Eleonora Mitrofanova, Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr üzrə idarəsinin rəisi Vladimir Çernov, Rusiya Federasiyası Prezidentinin Daxili Siyasət idarəsinin rəis müavini Mixail Belousov, “TASS” dövlət informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşlər keçirilib.
Görüşlərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu da iştirak edib.
Görüşlər zamanı Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və diaspor sahəsində ikitərəfli əməkdaşlıq istiqamətləri, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və onların təmsil etdiyi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfərin əsas məqsədlərindən biri Moskva şəhərində yaşayan soydaşlarımızla, onların təmsil etdiyi, rəsmi qeydiyyatdan keçmiş və qeydiyyata alınmamış, özündə müxtəlif sayda azərbaycanlıları birləşdirən təşkilatların nümayəndələri ilə görüşün keçirilməsi olmub.
Polad Bülbüloğlu və Fuad Muradov çıxış edərkən Rusiyaya səfərin mahiyyəti və məqsədi haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırıblar.
Fuad Muradov rəhbərlik etdiyi komitənin son il yarımda fəaliyyəti haqqında danışıb, ölkəmizdə aparılan islahatların diaspor sahəsində də həyata keçirildiyini vurğulayıb. O, son dövr ərzində görülmüş işlər, əldə edilmiş nailiyyətlər, o cümlədən komitənin yeni yaradılmış radiosu və təqdim etdiyi onlayn xidmətlər barədə söz açıb.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib. Burada soydaşlarımızın çoxsaylı sualları cavablandırılıb, onların diaspor işi ilə bağlı təklifləri qeydə alınıb. Rusiyada diaspor işinin təkmilləşdirilməsi üçün ilkin olaraq Koordinasiya Şurasının yaradılması haqqında razılıq əldə olunub.
Analoji görüşlərin Rusiyanın digər regionlarında da keçiriləcəyi vurğulanıb.
Görüş çərçivəsində Rusiyadakı Azərbaycan Diasporunun nümayəndələri Ramiz Abutalıbov, Adil Hacınski və Rauf Atolibəyova Xalq Cumhuriyyətinin 100 illiyi medalı təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm