
Rusiyanın cavabı amansız olacaq: Münaqişənin güclənməsi gözləniləndir -PROQNOZ
12:29 03.06.2025
Aktual
540
İyunun 1-də Ukraynanın Rusiya hərbi aerodromlarına hücumu uzun müddətdir dalana dirənmiş müharibənin təhlükəli fazaya daxil olmasından xəbər verir.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr yazır ki, hər iki tərəf eskalasiyanı genişləndirmək niyyətindədir və ABŞ-nin vasitəçiliyi ilə sülh razılaşması perspektivi əlçatmaz görünür.
“40 aylıq yorucu müharibə soyumaq əvəzinə, Donald Trampın minimal müqaviməti fonunda daha da qızışır”, - məqalədə deyilir.
Sual ondan ibarətdir ki, artan hücumlar ABŞ administrasiyasını sülh prosesində daha dərindən iştirak etməyə sövq edəcəkmi, yoxsa Amerika rəsmilərinin dəfələrlə bəyan etdikləri kimi, Vaşinqton geri çəkiləcək? Bəzi analitiklər Trampın geri çəkilmək mesajlarını real saymırlar.
Nəşr proqnozlaşdırır ki, beynəlxalq təzyiq olmasa, Rusiya cəbhə xəttini dəyişməyə çalışdığı üçün bu yay döyüşlər daha da şiddətlənə bilər.
Politoloq Taleh Əliyev Sherg.az-a söyləyib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünün yekun sülh və ya uzunmüddətli atəşkəslə bitməməsinin başlıca səbəbi tərəflərin müharibənin sonlanması ilə bağlı baxışları tamamilə bir-birinə zidd olmasıdır:

"Rusiya Ukraynanın 2014 və 2022-ci ildən sonra işğal etdiyi ərazilərdən imtina etməsini tələb edir. Kiyev isə 1991-ci ildə BMT-yə üzv qəbul olunduğu sərhədlər daxilində yenidən ərazi bütövlüyünü təsdiqləyən sülh müqaviləsinin bağlanmasını istəyir. Hazırda iki ölkə arasında sülhün əldə edilməsi real görünmür. Müharibədə uzunmüddətli atəşkəs isə Rusiyadan daha çox Ukrayna tərəfinin lehinə işləyəcəyinin fərqinə varan Kreml buna razılıq vermir. 15 may və 2 iyun tarixlərində İstanbulda keçirilən danışıqlarda Rusiya tərəfi israrla 2-3 günlük qısa atəşkəs istəyi döyüş bölgəsində qalan əsgər cəsədlərinin çıxarılması üçün hesablanmışdı. Ukrayna havada, quruda və dənizdə tam atəşkəs tələb edir. Həmçinin Ukraynanın Rusiyanın hərbi bazasına endirdiyi zərbələr üçün növbəti günlərdə irimiqyaslı və amansız cavab tədbirlərinə şahidlik edəcəyik".
Politoloq qeyd edib ki, Kiyev bu müharibədə tək deyil, onun arxasında kollektiv Qərb dayanır:
"Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-nin hərbi və maliyyə yardımları dayandırılsa da, bunun əvəzində Avropa ölkələrinin, xüsusilə Almaniya, Fransa, Böyük Britaniyanın Ukraynaya dəstəyinin artırıldığını gördük. Bu baxımdan münaqişənin güclənməsi gözləniləndir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media