Sabiq nazir Fəzail Ağamalının müavini oldu: "Dövlətə və dövlətçiliyə tam səmimiyyətlə..."
Ayyət Əhməd
12:21 28.11.2019
Aktual
565
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Ana Vətən Partiyasında (AVP) sədr müavini kimi fəaliyyətə başlayıb. Yusifov bu barədə sosial şəbəkələrdə məlumat yayıb:
“Bu gündən mən Ana Vətən Partiyası sədrinin sosial-iqtisadi məsələlər üzrə müavini kimi fəaliyyətə başlayıram. Siyasi müstəvidə fəaliyyət seçimi etməkdə məqsədim dövlətimizə və dövlətçiliyimizə daha yaxından kömək etmək istəyimlə bağlıdır. AVP sədri Fəzail Ağamalı bu təkliflə mənə müraciət etdi. Fəzail bəyi 30 ildən artıqdır ki, tanıyıram və onunla həmişə yaxın münasibətlərimiz olub. Fəzail Ağamalı dövlətini, xalqını ürəkdən sevən, dövlətinə və xalqına layiqli xidmət göstərən bir insandır. Onun əqidə bütövlüyü, mövqeyinin sabitliyi dövlətə və dövlətçiliyə tam səmimiyyətlə xidmət göstərməsinin əsasında dayanan başlıca şərtlərdir. Ölkəmizdə gedən iqtisadi və siyasi prosseslərə münasibətdə bizim baxışlarımız üst-üstə düşür. Artıq xeyli vaxt idi ki, Fəzail bəylə mənim Ana Vətən Partiyasında iqtisadi bloka rəhbərlik etmək və sədrin iqtisadi məsələlər üzrə müavini qismində fəaliyyət göstərmək imkanlarımı müzakirə edirdik. Nəhayət, bu ilin noyabr ayının 20-də mən rəsmi olaraq partiyanın sıralarına qəbul olunmaqla bağlı ərizə ilə müraciət etdim”.
F.Yusifov beləliklə dövlətçiliyə daha çox xidmət edə biləcəyini deyib:
“Ölkənin maliyyə nazirliyinə rəhbərlik etdiyim dövrdə də, ondan sonrakı illər ərzində mən Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etmişəm. Son beş ildə ölkə mətbuatında Azərbaycanda aparılan iqtisadi islahatlarla bağlı müxtəlif səviyyədən olan təhlil, açıqlama, araşdırma xarakterli yazılarla çıxışlar etmişəm. Bu çıxışlarımda səsləndirdiyim onlarla təkliflər öz tətbiqini müxtəlif səviyyədən olan qərarlarda, qanunlarda və digər normativ hüquqi aktlarda tapa bilib. Ana Vətən Partiyasına üzv olub bu siyasi müstəvidə partiya sədrinin iqtisadi məsələlər üzrə müavini kimi dövlətimizə və dövlətçiliyimizə daha çox fayda verə biləcəyimə inanıram”.
Oxşar xəbərlər
Trampın tarif təzyiqi nəticə verir: Hindistandan ABŞ-a 18 milyard dollarlıq sərmayə
13:55 30.09.2026
Ermənistan və Gürcüstandan Azərbaycan Alban irsinə qarşı iddialar bir mərkəzdən idarə olunur -ŞƏRH
13:15 30.09.2026
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya