Şair seçicilərə müraciət etdi: “Əmin olduğum bir həqiqət var...” - FOTOLAR
09:58 28.01.2020
Aktual
645
Tovuz ağsaqqalı, şair Mikayıl Bozalqanlı 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin seçicilərinə müraciət edib. Şair seçiciləri həmin dairədən namizəd olan tanınmış ictimai-siyasi xadim, politoloq Arzu Nağıyevə səs verməyə çağırıb.
Müraciətdə deyilir: Hörmətli seçicilər! Tədricən seçki marafonu finişə doğru inkişaf edir. Bir çox seçicilərə o da bəllidir ki, seçkilər sona çatdıqdan sonra namizədlər tərəfindən verilən bütün vədlər unudulur, hər kəs çəklir öz kabinetinə, iş otağına. Hər kəs öz kreslosuna yiyələnir və bununla da növbəti seçkilərə qədər hər şey bitmiş olur, sükut dövrü başlayır.
Mən namizədlərdən kimisə birmənalı şəkildə ideallaşdırmaq fikrindən uzağam, Sadəcə, mənə bəlli olan, əmin olduğum bir həqiqət var - Arzu müəllim Nağıyev mahiyyəti etibarilə yarımçıqlığa, natamamlığa zidd bir şəxs, bir şəxsiyyətdir.
İndiyə qədər kənd-kənd, ev-ev gəzdiyi yaşayış yerlərində görüşdüyü insanlara, yəni potensial seçicilərə, nəyi söz veribsə, hansı məsuliyyəti öz üzərinə götürübsə, nəticə müsbət olacağı halda, əgər siz məsələyə daha anlaşıqlı yanaşaraq səsinizi ona versəniz, mütləq sözünə sonacan əməl edəcəyinə inanıram.
Tanıdığımız, illər ərzində bir dəfə də olsun, əgər ona işimiz düşüb, müraciətimiz olubsa, bizi naümid qoyduğunun şahidi olmamışıq. İnanıram ki, bu dəfə də öz əqidəsinə, illərlə əldə etdiyi yetkin xarakterinə zidd getməyəcək, imkanları daxilində seçicilərin, bütövlükdə xalqın, vətənin rifahı naminə əlindən gələn hər bir işi ardıcıl olaraq və tam məsuliyyəti ilə icra edəcək. Bu yolda bütöv insana, ləyaqətli politoloqa, siyasi şəthçiyə və nəhayətdə, seçicilərin ümidlərini doğrultmaq yolunda siyasi meydana atılan Arzu Nagıyevə başladığı işində uğur və ləyaqətli qələbə arzulayıram.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət