Salayev müəmmalı şəkildə namizədliyini geri götürdü

Millət vəkili Hacı Salayev ötən gün müəmmalı şəkildə namizədliyini geri götürüb.

Serq.az Bakıpost.az-a istinadən xəbər verir ki, Hacı Salayev 2010-cu il IV və 2015-ci il V çağırış üzrə həmin dairədən deputat seçilməsinə baxmayaraq, bu seçkilərdə iştirak etməyəcək.

Qeyd edək ki, H.Salayev namizədliyini 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən irəli sürmüşdü və qeydə alınmışdı.

Hazırda həmin dairədən tanınmış şəxslərdən şahmatçı, Sumqayıt bələdiyyəsinin sədr müavini Zeynəb Məmmədyarova, yazıçı Varis Yolçuyev və jurnalist Nəsimi Şərəfxanlı qeydə alınıb.