Şamaxıda yolu keçmək istəyən piyadanı maşın vurdu

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon sakini, 1969-cu il təvəllüdlü Zərbalıyev Şahin Abdulbağı oğlu rayon ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Piyada qapalı kəllə-beyin travması ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.