Seçkilərə qatılmayan deputat: "Sənin nəyinə lazımdır mənim bundan sonrakı iş fəaliyyətim?!"
09:51 30.01.2020
Aktual
453
Beşinci çağırış Milli Məclisdə təmsil olunan 31 deputat növbədənkənar parlament seçkilərində iştirak etmir. Modern.az həmin deputatlardan bir neçəsi ilə əlaqə saxlayaraq, onların bundan sonra nə işlə məşğul olacaqlarını soruşub.
Beşinci çağırış Milli Məclisin bitərəf deputatı olmuş Əliağa Hüseynov başını aşağı salıb həyatını yaşayacağını deyib:
“Mən təqaüdçü adamam. Bundan sonra nə iş görə bilərəm ki?! 74 yaşım var. Başımı aşağı salıb həyatımı yaşayıram. İmkan daxilində əsgərlərlə görüşlərə dəvət edirlər. Mən də onlarla görüşlərə gedirəm. Öz hərb təcrübəmdən onlara danışıram”.
YAP üzvü Rafiq Məmmədhəsənov isə suala qəzəblənərək cavab verib:
“Sənin nəyinə lazımdır mənim bundan sonrakı iş fəaliyyətim?! Bu barədə mənə sual verməyin!”
YAP üzvü Dilarə Cəbrayılova isə pedaqoji fəaliyyətini davam etdirəcəyini bildirib:
“Milli Məclis mənim üçün həyat məktəbi idi. O yolu şərəflə keçdim. Yeni Azərbaycan Partiyasına minnətdaram ki, mənim namizədliyimi irəli sürdü. Ötən dörd il ərzində Bakı kəndlərində insanlarımızla ünsiyyətdə oldum. Həmçinin, Bakı kəndləri arasında Milli Məclisdə təmsil olunan qadın oldum.
Bu özü tarixə düşmüş hadisədir. Bundan sonrakı fəaliyyətimi tam olaraq qərarlaşdırmamışam. Pedaqoji fəaliyyətimi davam etdirirəm. Gənclərin vətənpərvər böyüməsinə çalışıram. Gələcəkdə siyasətdə olub-olmayacağımı dəqiqləşdirməmişəm. Ola bilsin ki, heç olmayım. Sadəcə çalışacam ki, ölkədə gedən proseslərə fikirlərimi bildirim”.
YAP üzvü Mirzəcan Xəlilov isə xeyriyyəçiliklə məşğul olacağını deyib:
“Kifayət qədər yaşım var. 65-i keçmişəm. Ötən illər ərzində mənə etimad göstərilib. Dövlətim məni ən ali mükafatla qiymətləndirib. Hər şey qabaqdadır. Gücüm çatdığı qədər gənclərə dəstək olmağa çalışacam.
Deputat olmasam da, insanlarla ünsiyyətim həmişə yaxşı olub və bu davam edəcək. Bildiyiniz kimi, mən illərdir ki, xeyriyyəçiliklə məşğulam. Bu işimi bundan sonra daha çox davam etdirəcəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi