Seçkilərlə bağlı Penitensiar Xidmətdə seminar-məşğələ təşkil olundu
12:57 01.02.2020
Aktual
382
Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi ilə əlaqədar Penitensiar Xidmət üzrə təsdiq edilmiş tədbirlər planının icrası istiqamətində baş idarədə seminar-məşğələ təşkil olunub. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Serq.az-a bildiriblər ki, tədbirdə Penitensiar Xidmətin rəhbərliyi və məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, Mərkəzi Seçki Komissiyasının üzvləri iştirak ediblər.
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov iştirakçılara səsvermənin keçiriləcəyi nəzərdə tutulmuş mühafizə alayında və penitensiar müəssisələrdə məntəqələrin yaradılması işlərinə başlanıldığını, əsgərlərin, məhkum və həbs edilmiş şəxslərin maarifləndirilməsi məqsədilə məlumat guşələrinin, seçkilərlə bağlı radio və televiziya verilişlərinin izlənilməsinə müvafiq şəraitin yaradıldığını qeyd edib.
Penitensiar müəssisələrdə və tabe qurumlarda məhkum və həbs edilmiş şəxslər, eləcə də müddətli hərbi xidmət keçən əsgər və çavuşlar arasında səsvermə prosesinin seçki qanunvericiliyinə uyğun təmin edilməsi, seçkilərə hazırlıq, əməli kömək göstərilməsi və nəzarətin həyata keçirilməsi məqsədilə Penitensiar Xidmətin baş idarəsində rəhbər vəzifəli məsul əməkdaşlardan ibarət komissiyanın yaradıldığı vurğulanıb.
Seminar-məşğələdə seçkilərlə bağlı penitensiar müəssisələrdə kompleks profilaktiki tədbirlərin həyata keçirilməsi, nəzarətin daha da gücləndirilməsi, həbs edilmiş şəxslərlə və məhkumlarla Milli Məclisə seçkilərin mahiyyəti və əhəmiyyəti barədə geniş izahat işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində artıq uzun illərdir ki, seçki mədəniyyətinin formalaşdığını və prezident, Milli Məclis, bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin təşkili qaydalarına uyğun icra mexanizminin yaradıldığını diqqətə çatdırıb.
MSK katibi Milli Məclisə seçkilərin də Penitensiar Xidmətin tabe qurumlarında mütəşəkkil, demokratik və təhlükəsiz şəraitdə keçiriləcəyindən əminliyini vurğulayıb. Seminar-məşğələ müzakirələrlə davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol
Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi
20:30 04.05.2026
Dünya
İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır
19:59 04.05.2026
Rəsmi