
Səfir sağ olsun, Təbrizi gündəmə gətirdi
Yusif Nəzərli
09:56 27.07.2022
Aktual
605
Əlisahib Hüseynov: "Bizim üçün önəmli olan Güney Azərbaycanda yaşayan soydaşlarımızın taleyidir"
“Hər kitabın oxucuların diqqətini cəlb etmək baxımından bir “qızıl dövrü” olur. Cəmilə Həsənzadənin müəllifi olduğu “Təbrizin sehrli nağılları” kitabının da öz “qızıl dövrü”nü yaşaması üçün görünür, məhz İsrail səfirinin bu kitabla bağlı paylaşım etməsi lazım imiş”. Bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, məhz həmin paylaşımdan sonra sözügedən kitab sosial mediada sürətlə trendə çevrildi: “İndi bu kitabla bağlı ictimai fəallardan tutmuş siyasətçilərə qədər bir çoxları paylaşım edir. Ancaq məsələ kimlərin trendə qoşulub-qoşulmamasında deyil. Bu, bir könül və dünyagörüş məsələsidir, kim istəsə qoşula bilər.

Qoşulmaq istəməyəni isə kimsə buna məcbur edə bilməz. Əsas məsələ Qumdakı, Məşhəddəki, Tehrandakı müctəhidlərin, ayətullahların aşiqinə, ardıcılına, tərəfdarına çevrilmiş bəzi iranpərəst gənclərimizin bu trendə qoşulanların paylaşımlarına verdikləri aqressiv reaksiyalardır. Belələri İsrail səfirinin "Təbrizin sehirli nağılları"nı paylaşmasını, Pentaqonun keçmiş əməkdaşı Maykl Doranın bu paylaşıma dəstək verməsini İsrail səfirinin İran ilə bizim əlaqələrə zərbə vurmaq niyyəti kimi, təxribat kimi qələmə verməyə çalışır. Bildirirlər ki, Azərbaycanı belə təxribatlarla yeni müharibə mərkəzinə çevirmək istəyirlər. Əslində belələrinin əks fikirlərlə çıxış etmələrinin səbəbi heç də onların Azərbaycanı çox istəmələri, ölkəmizin gələcəyi üçün narahatlıq hissi keçirmələri ilə bağlı deyil. Əsas məram, məqsəd İrandakı “ağa”larına yarınmaq, ilk növbədə məhz İranın maraqlarını müdafiə etməkdir. Bizim üçün isə nə İranın, nədəki İsrailin və ABŞ-ın maraqları önəmli deyil. Bu ölkələrin arasında cərəyan edən geosiyasi mübarizə birinci il deyil ki, davam edir. Bizim üçün önəmli olan Güney Azərbaycanda yaşayan soydaşlarımızın taleyidir.
Biz bütün diqqətimizi məhz bu məsələnin üzərində cəmləşdirməliyik”.
Ə.Hüseynova görə, Güney azərbaycanlıların taleyi hər zaman diqqət mərkəzimizdə olmalıdır:
“Səfir də sağolsun ki, Təbrizi gündəmə gətiməklə, dünyanın diqqətini həm Təbrizə, həm də burada yaşayan azərbaycanlılara yönəltdi. Bizim ikiyə bölünmüş xalq olduğumuzu vurğuladı. Önəmli olan budur. Bunu hansı ölkənin səfirinin etməsi əhəmiyyətli deyil. Əsas odur ki, güneyli soydaşlarımızın hazırkı durumu dünyanın diqqətini cəlb etdi. Bundan sonra Təbrizlə, Urmu gölünün vəziyyəti ilə, Güney Azərbaycandan olan siyasi məhbusların ağır durumu ilə maraqlananların sayı yəqin ki, artacaq. Yaxşı ki, “Təbrizin sehrli nağılları” var”.
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət