Senator: "Zelenski "şirin nağıl"a inanır"

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsindəki qeyri-sabit vəziyyətə baxmayaraq, ABŞ-ın buraya sərmayə qoyacağı barədə şirin nağıllara inanır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının senatoru Vladimir Cabarov deyib.

O bildirib ki, ABŞ qeyri-stabil ölkəyə yatırım etməyəcək:

"Ukrayna məhz belə dövlətdir. Ona görə də düşünürəm ki, bu, ukraynalı liderin gözlədiyi tamamilə “şirin nağıl”dır. Ukraynaya yardım yalnız Rusiyadan gələ bilər. Qalanları sadəcə sözdür", - deyə Cabarov bildirib.

Qeyd edək ki, Zelenski amerikalı investorları Ukraynaya yatırım etməyə çağırmışdı.