Şimali Koreyada utopiya şəhəri yaradıldı
16:58 03.12.2019
Aktual
511
Şimali Koreya lideri Kim Çen İn Samjiyon mahalında tikilən yeni şəhərin açılışında iştirak edib. Axar.az xəbər verir ki, təntənəli açılış mərasimi koreyalılar üçün müqəddəs Pektu dağı yaxınlığında keçirilib. Şəhər Kim Çenin atası, sabiq dövlət başçısı Kim Çen İrin doğma mahalında inşa edilib. Onun heykəli isə şəhərin mərkəzində ucaldılıb.
Koreya Mərkəzi Teleqraf Agentliyi yeni şəhəri sosializmdə qurulan və müasir sivilizasiyanı təcəssüm etdirən utopiya adlandırıb.
Samjiyon adı verilən şəhərdə yeni yaşayış binaları, mehmanxanalar, tibb və mədəniyyət müəssisələri, dağ xizək kurortu tikilib. Şəhərdəki 380 məhəllədə 4 min ailənin yaşayacağı planlaşdırılır.
NK Nyus portalının məlumatına görə, yeni şəhər haqqında reportajlarda onun tikintisində Kim Çen Inın fəal iştirakı qeyd olunur. Vurğulanır ki, KXDR lideri həm inşaatçılara, həm də dizaynerlərə rəhbərlik edib. Həmçinin hava şəraitindən asılı olmayaraq, tikintiyə müntəzəm baş çəkib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm