SOCAR 420 işçisini dənizdən çıxardı
11:34 02.12.2019
Aktual
483
Azərbaycan ərazisində hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib.
Bu barədə Axar.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, təxliyə prosesinin təşkilində şirkət lazımı təhlükəsizlik tədbirlərini təmin edib.
“Hava şəraiti normallaşandan sonra əməkdaşlarımız iş yerlərinə qaytarılacaq”, - deyə İ. Əhmədov əlavə edib.
Bundan başqa, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mehman Mehdiyev “APA-Economics”ə bildirib ki, ASCO-nun donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.
“Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb”, - deyə M. Mehdiyev əlavə edib.
O həmçinin bildirib ki, xəbərdarlıqda qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.
Qeyd edək ki, SOCAR dünəndən etibarən dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təxliyə tədbirlərinə başlamışdı.
Facebook
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm