Söhbət sadəcə koronavirusla mübarizədən getmir: Ağıllı cəmiyyətlər hər problemdən dərs çıxarırlar
Turan
07:45 27.03.2020
Aktual
760
"Təbii ki, dövlətin aldığı qərarlar, gördüyü tədbirlər önəmlidir".
Bunu “Sherg.az”a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.
Mərkəz sədri bildirib ki, tədbirlərin təsirli olması üçün cəmiyyət və dövlət qurumlarının əməkdaşlığı vacibdir:
"Rəsmi qurumlar məsələyə ciddi, peşəkar yanaşmalıdır. Cəmiyyət də prosesə köhnə vərdişlərinin bəzilərini tərk edərək, daha şüurlu davranışlar nümayiş etdirərək töhfə verməlidir. Söhbət sadəcə koronavirusla mübarizədən getmir. Ümumiyyətlə ağıllı insanlar, ağıllı cəmiyyətlər hər problemdən dərs çıxarırlar. Biz də bu virusların yaratdığı risklərdən dərs çıxarıb müəyyən vərdişlərimizi dəyişə bilərik. Bunlardan bəlkə də birincisi təhlükələri, riskləri ciddiyə almamaq, vəziyyət çox ciddiləşəndə panikaya düşmək və dərhal da hər şey bitmiş kimi matəm havası yaşamaqdır.
Bizim istər milli problemlərimizlə (başda Qarabağ problemi olmaqla), istərsə də daha kiçik səviyyəli problemlərlə bağlı yanaşmamız çox vaxt yuxarıdakı kimi olub. Qeyri-ciddi yanaşırıq, panikaya düşürük və sonra matəmə başlayırıq".
Analitikə görə, ağıllı insanlar və cəmiyyətlər daim riskləri nəzərdən keçirir, təhlükə ortaya çıxanda ona qarşı önləyici addımlar atmağa başlayırlar:
"Təhlükənin müxtəlif inkişaf variantlarına qarşı mütəmadi olaraq hazırlıqlar görür. Problem ciddiləşəndə də panika yerinə həmin risk səviyyəsi üçün planlaşdırılmış varianta müraciət edilir. Mütəmadi olaraq yeni strategiyalar ortaya qoyulur və s.
Dövlətimizin koronovirusla bağlı hazırkı strategiyanı əsasən doğru hesab edirəm. Amma bir daha qeyd edirəm ki, bu strategiyanın uğurla nəticələnməsi üçün vətəndaşların davranışları da buna uyğun olmalıdır.
Həm fərdi davranışlar, həm müəyyən vərdişlər, həm də ümumən cəmiyyət olaraq risklərə qarşı səfərbər olmaq mühüm əhəmiyyət kəsb edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial