Su hövzələrində reyd keçirilib
05:43 31.01.2020
Aktual
408
Mingəçevir və Yevlax şəhərlərində olan suvarma kanalları və digər su hövzələrində reydlər keçirilib.
Reydlərin əsas məqsədi balıqçılıqda qadağan olunan vasitələri aşkarlamaq və bu cür halların qarşısını almaqdır.
Mingəçevir və Yevlax rayonunda yerləşən su hövzələrində reyd keçirilib. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Mingəçevir Su Polisi və Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur əməkdaşlarının birgə iştirakı ilə baş tutan reydin məqsədi qanunsuz balıq ovunun qarşısını almaqdır.
Mingəçevir və Varvara Su Anbarları, həmçinin, Qarabağ və Şirvan suvarma kanallarında aparılan reyd zamanı su hövzəsi qadağan olunmuş balıq ovlama alətlərindən və sintetik torlardan təmizlənib.
Balıqçılıqda istifadəsi qadağan olunan 1500 metrə qədər sintetik tor su hövzələrindən yığışdırılaraq götürülüb. Su Polisi İdarəsinin əməkdaşı Mübariz Mustafayevin sözlərinə görə, reydlər növbəti günlərdə də davam etdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi