Su qıtlığı, buzlaqları daşıyırlar...
Yusif Nəzərli
05:44 26.10.2021
Aktual
360
Bəzi iş adamları hərəkətə keçib
Dünyanı sarsıdacaq içməli su qıtlığı proqnozu indidən bəzi iş adamlarını hərəkətə keçirib. Buzlaqları daşıyan şirkətlər qurulur artıq. Xüsusilə də Orta Şərqdə buzlaqların daşınması ideyasına müsbət yanaşırlar. Bu, ilk baxışda məşhur cizgi filmi “Futurama”nı xatırlada bilir. Amma diqqətlə baxdıqda bunun bir gerçək olduğu üzə çıxır. Dünyada içməli - şirin su ehtiyatlarının getdikcə tükəndiyi məlumdur. Hətta III Dünya Savaşı – “su müharibələri”nə hazırlıqlar aparıldığı da bildirilir.
Ən son belə bir məlumatla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi çıxış edib. Odur ki, fəlakətə ciddi yanaşmaq gərəkir. Bunu nəzərə alan bir çox ölkə təbii buz ehtiyatlarına artıq indidən “göz qoyub”. Buzlaqları təmiz su qaynağı kimi istifadə etmək mümkündür. Bəzi ölkələr su ehtiyatı toplamaq məqsədilə Şimal qütbündəki buzlaqları sahilə doğru hərəkət etdirmək üçün plan hazırlayır. Və bu məqsədlə də buzlaqları daşıyacaq şirkətlər təsis edilir. Şirkətlərin yaxın zamanda fəaliyyətə başlayacağı gözlənilir. Orta Şərq ölkələri daha çox su qıtlığı yaşaya bilər deyə, bu ölkələr arasında okeanlara, dənizlərə çıxışı olanlar tələsir. Odur ki, yaxın zamanda buz dağlarının hərəkətə “gəlib” yerini dəyişdiyini görə bilərik. Buna təəccüb etməyin. Hər şey həyat mənbəyi su əldə etmək üçündür.
Buzlaqların daşınması bu ölkələrə gələn turistlərin sayını da artıra bilər. Yəni qazanc ikitərəflidir. Həm bəşəri, həm də gəlir məqsədi daşıyır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalı general: "Rusiya müharibədə İrana yardım göstərib"
23:52 30.04.2026
Gündəm
İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib
23:29 30.04.2026
Futbol
“Neftçi” “Qarabağ”ı məğlub edib
23:07 30.04.2026
Dünya
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
22:48 30.04.2026
Futbol
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm