Sülh yox, təxribatməramlılar...!- “İşlərindən narazıyıq”
Yusif Nəzərli
13:48 21.07.2022
Aktual
786
“Əgər həllini tapmayan məsələlər təcili surətdə yoluna qoyulmazsa, erməni silahları ərazidən yaxın günlərdə çıxarılmazsa, rəsmi İrəvan bunların bədəlini çox ağır şəkildə ödəməli olacaq”
“Həm Ermənistan, həm də Qarabağdakı separatçı qurum çox ağrılı, acılı faciələrə məruz qalacaq"
İyulun 19-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə mühəndis-texniki və tikinti işlərinə başlayıb.Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın kapitulyasiyası ilə bağlı Moskva sazişinə zidd olan bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün xəbərdarlıq atəşi açıblar. Bütün zəruri qabaqlayıcı tədbirlər görülüb. Həmçinin Rusiya sülhməramlıları kontingentinin komandanlığı məlumatlandırılıb. Bir saat sonra hadisə yerinə sülhməramlıların şəxsi heyət qrupu gəlib.
Lakin Rusiya sülhməramlıları Ermənistan Silahlı Qüvvələrinin qanunsuz fəaliyyətini, həmçinin aparılan işləri dayandırmaq əvəzinə, erməni quldur dəstələrinin təhlükəsizliyini təmin ediblər. Eyni zamanda gecə saatlarında işin davam etdirilməsinə şərait yaradıblar. Qeyd edək ki, Prezident İlham Əliyev ötən müşavirədə Rusiyanın Ermənistan ordusunun bölmələrini beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisindən çıxarmaq öhdəliyini üzərinə götürdüyünü, lakin sonradan bu öhdəliyi pozduğunu bildirdi. Görünür, Rusiya sülhməramlı kontingenti nəinki yaranmış problemin həlli üçün səy göstərmir, əksinə, öz hərəkətləri ilə yaranmış gərginliyi daha da gücləndirir.
Rus hərbçilərinin hərəkətləri barədə fikirlərini "Sherg.az"a bölüşən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Rusiya sülhməramlılarının fəaliyyəti onların statusuna qətiyyən uyğun gəlmir:
"Artıq neçənci dəfədir ki, neytrallıq və bitərəflik prinsiplərini pozaraq, birmənalı formada qanunsuz erməni silahlı birləşmələrini dəstəklədiklərini aşkar şəkildə nümayiş etdirirlər. Təbii ki, həm rusların müvəqqəti nəzarətində olan Qarabağ ərazilərində, həm də Ermənistanla Azərbaycan sərhədində yaradılan hərbi infrastruktur, qazılan səngərlər, inşa edilən mühəndis qurğuları ölkəmizə qarşı ərazi iddiaları anlamına gəlir. Ermənistan da, Qarabağda olan separatçı qurum da yaxşı başa düşür ki, prosesin həllini uzatmaq mümkün deyil. Silahlılar bölgədən mütləq çıxarılmalıdır. Dövlət başçısı İlham Əliyevin də bu barədə məlum bəyanatı var.
Rəsmi məlumatda eyni zamanda Rusiya sülhməramlılarının fəaliyyətindən narazılıq ifadə olunur. Həmçinin Ermənistan rəhbərliyinin birgə bəyanatla üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməməsinə diqqət çəkilir. Bütün proseslər onu göstərir ki, ölkə ictimaiyyəti ilə bərabər cənab Prezidentin də bu məsələdə səbri tükənmək üzrədir. Ermənistan artıq qərarını açıqlamalıdır. Əks halda Azərbaycan “Dəmir yumruğu” yenidən işə sala bilər. Bu isə hazırkı darmadağın vəziyyətində olan rəsmi İrəvan ordusu üçün çox böyük fəlakətlər vəd edir. Sülhməramlıların hərəkətlərinə isə ayrıca bir qiymətləndirmə olmalıdır.
Təbii ki, yanlışlar kifayət qədər çoxdur. Laçında azərbaycanlılara aid evin damının və taxta konstruksiyaların sökülüb, rus hərbçilərinin maşınlarına yüklənib, daşınması, erməni silahlılarına ərazilərimizdə səngərlərin inşasına şəraitin yaradılması baxımından narahatlıqlarımız var.
Eyni zamanda Qarabağ ərazisinə qeyri-qanuni silahların keçirilməsi və s. kimi sülməramlıların çoxsaylı işlərindən narazıyıq. Bu rahatsızlıqların aradan qaldırılması və Azərbaycanın səsləndirdiyi fikirlərə münasibət bildirməsi Rusiya Müdafiə Nazirliyinin "boynunun borcu"dur. Əgər həllini tapmayan məsələlər təcili surətdə yoluna qoyulmazsa, erməni silahları ərazidən yaxın günlərdə çıxarılmazsa, rəsmi İrəvan bunların bədəlini çox ağır şəkildə ödəməli olacaq. Həm Ermənistan, həm də Qarabağdakı separatçı qurum çox ağrılı, acılı faciələrə məruz qalacaq".
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət