Sumqayıt sakini ölü tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan, 1984-cü il təvəllüdlü Babayev Adışirin Nadir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.