"TANAP-ın açılışını "ikinci Ədirnə fəthi" kimi də dəyərləndirmək olar" - Partiya sədri
Turan
13:25 02.12.2019
Aktual
916
“Ədirnədə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə mühüm enerji layihəsinin - TANAP-ın ikinci hissəsinin açılışının baş tutmasına sıradan bir hadisə kimi baxmaq olmaz”.
Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, bu, olduqca mühüm tarixi əhəmiyyətli hadisədir:
“TANAP-ın açılışını simvolik mənada “ikinci Ədirnə fəthi” kimi də dəyərləndirmək olar. Çünki iki türk dövlətinin - Azərbaycan və Türkiyənin birgə layihəsi sayılan TANAP-ın ikinci hissəsinin istifadəyə verilməsi nəticəsində artıq layihə Avropaya çatdı. TAP-ın işə düşməsindən sonra, yəni 2020-ci ildən sonra Azərbaycan qazı Türkiyə üzərindən Avropaya nəql olunacaq. Odur ki, mən vaxtı ilə çoxlarının xülya kimi baxdığı bu mühüm layihənin nəhayət ki, reallaşmasını çox yüksək qiymətləndirirəm. Heç şübhəsiz ki, bu layihələr Avropa üçün həyati əhəmiyyət kəsb edir. Deyərdim ki, hətta strateji əhəmiyyətli bir meqa-layihədir. Çünki məhz bu layihələr sayəsində AB ölkələrinin Rusiyadan və qeyri-stabillik dönəmini yaşayan Yaxın Şərqdən enerji asılılığına son qoyulacaq”.
Ə.Hüseynovun sözlərinə görə, layihələr ilk növbədə Türkiyə və Azərbaycan üçün həm iqtisadi, həm də siyasi baxımdan ölçüyəgəlməz dərəcədə mühüm əhəmiyyətə malikdir:
“Türkiyə Cümhuriyyəti TANAP-ın reallaşdırılması sayəsində dünya enerji bazarında əsas aktorlardan birinə çevrilib. Qardaş ölkənin rəhbəri hörmətli Rəcəb Tayyib Ərdoğan da, türkiyəli ekspertlər də bu faktı təsdiqləyirlər. Azərbaycan Prezidenti İlham Əliyev layihənin qardaş Türkiyənin gücünə güc qatdığını nəzərdə tutaraq çıxışında olduqca maraqlı bir fikir səsləndirdi: “Türkiyənin gücü bizim gücümüzdür, Türkiyənin uğuru bizim uğurumuzdur. Biz birlikdə bundan sonra da iki qardaş ölkə kimi çiyin-çiyinə irəliyə gedəcəyik. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü göstərir və bizim gücümüzü artırır. İqtisadi güc nəticədə siyasi gücə çevrilir”.
Cənab Prezidentin ifadələri tarixin sınağından çıxmış məntiqə əsaslanır. Bəli, indi bütün dünyada siyasi gücü iqtisadi güc diktə edir, tənzimləyir. Başqa sözlə desək, siyasi gücünü ortaya qoymaq istəyirsənsə, öncə iqtisadi gücünü formalaşdırmalısan. Azərbaycan və Türkiyə də hazırda məhz bu düstur istiqamətində birgə fəaliyyət göstərir”.
Oxşar xəbərlər
İcma bəyanat yaydı: Azərbaycanlıların Ermənistana qayıdışı insan hüquqları məsələsidir
17:22 11.02.2026
“Əlilliyin təyinatı pulla həll olunmur, sənədlər qaydasında olmalıdır” - Rey Kərimoğlu
17:15 10.02.2026
Xəbər lenti
Hamısına bax
Nəriman "Qarabağ"a təşəkkür etdi
18:17 11.02.2026
Futbol
Türkiyə və Yunanıstan liderləri Ankarada görüşüb
18:10 11.02.2026
Dünya
Azərbaycan neytrallığını qoruyacaq - Hərbi ekspert
18:06 11.02.2026
Gündəm
Paşinyan Azərbaycana dəmir yolu üçün fərqli istiqamət təklif etdi
17:52 11.02.2026
Aktual
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNDİ
17:38 11.02.2026
Gündəm
Ukrayna ordusu bu kəndi azad etdi
17:01 11.02.2026
Dünya
Elşad Həsənov 70 yaşını böyük yubiley tədbiri ilə qeyd etdi
16:46 11.02.2026
Cəmiyyət
Azərbaycanın müsəlman dünyasındakı nüfuzu artmaqdadır - ANALİZ
16:39 11.02.2026
Gündəm
Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırır
16:37 11.02.2026
Dünya
Ukrayna lazer HHM sistemi yaratdı
16:30 11.02.2026
Dünya
“Maariv”: Tramp sonda İrana hücum qərarı verəcək
16:07 11.02.2026
Gündəm
Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
15:54 11.02.2026
Gündəm
Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
15:29 11.02.2026
Gündəm