Tanınmış alimin yeni kitabı çap olundu
19:36 29.11.2019
Aktual
610
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin "Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər" adlı kitabı ("Elm və təhsil", 2019, 232 səh.") nəşr edilib.
Kult.az xəbər verir ki, təqdim edilən kitab ermənilərin milli kimlik davasından başlayaraq, bu gün Ermənistan Respublikasının terror siyasətinə qədərki dövrü əks etdirir. Kitabda erməni kilsəsinin yaranması, Alban kilsələri və kimliyinə sahiblənməsi, oğurlanmış alban adları və abidələri, erməni milli psixologiyası və elmdə mövcud olan erməni xəstəliyinin tibbi analizi, uydurma erməni soyqırımı və erməni kilsəsinin fəaliyyəti, Qarabağda erməni terror təşkilatları və kilsəsi, alman faşizmi və ermənilər, yəhudilərə olan nifrət və terror, SSRİ dövründə törədilən terrora kilsənin yanaşması, Ermənistan dövlətinin terror siyasətinin qanunvericilikdə əks edilməsi, oğurluq soyadlar, ermənilərin film mübarizəsi və digər məsələr əks edilib. Kitab yerli və xarici arxiv sənədləri, əlyazmalar və nadir kitablara istinad edilərək çapa hazırlanıb. Müəllif kitabda ermənilərin Qafqaza gəlmə olmasını və burda tarixən mövcud olan Albaniya dövlətinin kimliyinə oğurluq yolla sahiblənməsini mənbələr əsasında sübut edib. Kitab Erməni kilsəsi və Ermənistan dövlətinin iç üzünü açan lazımlı mənbə rolunu oynayır.
Kitab "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin dəstəyi ilə çap edilib.
Kitabın redaktoru, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, rəyçisi isə Günel Səfərovadır. Kitab elmi tədqiqat aparan şəxslər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm