TDT Zəngəzur dəhlizinin açılmasını yaxından izləyir
Yusif Nəzərli
06:28 01.11.2022
Aktual
329
Türkiyə və Azərbaycan bu məsələdə çox effektli əməkdaşlıq həyata keçirir
“Son illərdə əldə etdiyimiz qazanclarımız sayəsində türk dünyası çərçivəsində birgə addımlar atdıq. Türk birliyinin əsası qoyulmuşdur”. Bu barədə İstanbulda keçirilən konfransda Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev bildirib. O qeyd edib ki, TDT siyasət, iqtisadiyyat, mədəniyyət, ticarət, gömrük kimi hər bir sahəni əhatə edən beynəlxalq təşkilatdır: “Əlaqələrimiz Səmərqənddəki liderlər zirvəsi ilə yeni bir boy qazanacaq. Bunun arxasında xalqlarımızın iradəsi və liderlərimizin qətiyyəti dayanır. Qeyd edim ki, cənab Ərdoğanın çox önəmli liderlik rolu var. O, son 20 ildə sadəcə Türkiyəni dünyada söz sahibi edən lider yox, həm də türk dünyasını birləşdirməyi bacaran bir liderdir”. Amreyev əlavə edib ki, sağlıq mövzusu da başda gələn mövzulardandır. Onun sözlərinə görə, pandemiya dövründə TDT çox uğurlu addımlar atıb.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocaman bildirib ki, TDT Zəngəzur dəhlizinin açılmasına dair prosesi yaxından izləyir. O qeyd edib ki, Türkiyə və Azərbaycan bu məsələdə çox effektli əməkdaşlıq həyata keçirir: "Biz bu prosesin bütün türk dünyası üçün müsbət amil olacağına inanırıq. Bundan əlavə, Türkiyə və türk dünyası arasında təmin ediləcək kəsintisiz əlaqənin bölgə və dünyada sülh üçün önəmli nəticələri olacaq. Digər tərəfdən isə ticarətin dərinləşməsi və inkişafın genişlənməsi də təmin olunacaq".
"Türkiyə taxıl daşınması məsələsində effektiv diplomatiya yürüdür"
Ömər Kocaman bildirib ki, TDT-yə üzv ölkələr, xüsusən də Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğan taxıl daşınması məsələsində effektiv diplomatiya yürüdür. Bu da dünyada və bölgədə sülh üçün çox önəmlidir: "Biz bu prosesin müsbət nəticələnəcəyinə inanırıq. TDT olaraq bu və bənzər prosesləri yaxından izləyirik. Yaxın zamanlarda türk dünyasında baş verəcək proseslərə uyğun siyasəti müəyyən etmək üçün mövcud mexanizmlərimiz çərçivəsində çalışırıq”. Kocaman əlavə edib ki, noyabrın 11-də Səmərqənddə baş tutacaq liderlər zirvəsi və bir gün öncə keçiriləcək TDT XİN rəhbərlərinin iclası çərçivəsində bütün cari regional məsələlər müzakirə olunaraq, qərarlar veriləcək.
"Türk dövlətləri öz dərmanlarını istehsal edə bilməlidir"
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, böyük türk dünyasının bir hissəsi olan Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Respublikası ilə daha da güclüyük. O qeyd edib ki, pandemiya dövründə səhiyyə sahəsi ilə bərabər ölkələr arasında dostluq da sınaqdan çıxdı: “Qardaş ölkələrimiz bu mübarizədə bizimlə birgə ən öndə oldular. Həm pandemiya, həm də Rusiya-Ukrayna müharibəsi səhiyyə sistemimizin güclü olmasının vacibliyini göstərdi. Ortaq hərəkət edərək, öz dərman və ləvazimatlarımızı istehsal edə biləcək böyük bir ailə olmalıyıq. 20 ildə türk səhiyyə sisteminə edilən yatırımlar göz qabağındadır, şəhər xəstəxanalarımızda göstərdiyimiz xidmətlər dünya tərəfindən qibtə ilə izlənməkdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə