TƏCİLİ! – Qazaxın kəndləri qaytarılır? – “Fərrux yüksəliyindən sonra...” - AKTUAL
Yusif Nəzərli
08:52 04.04.2022
Aktual
1151
Sərxan Carçı: “Fərrux yüksəliyinin nəzarətə götürülməsi olayından sonra durum fərqli oldu”
Tural İrfan: “Orada bir neçə kənd anklav şəraitində olduğuna görə birbaşa azad edilməsi uzun prosesdir. Sanki Qarabağ məsələsinin kiçik formasıdır”
2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə bəyanatı ilə Qarabağ müharibəsi başa çatıb. Üçtərəfli razılaşmanın 2-ci bəndinə əsasən, Qazax rayonunun işğal edilmiş 7 kəndi də Azərbaycana geri verilməlidir. Azərbaycana qaytarılacaq 7 kənd Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləridir. Azad ediləcək kəndlərin 3-ü Azərbaycanın Ermənistandakı eksklavıdır. Bu eksklavlar Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Məlum sənədin qəbulundan xeyli müddət keçsə də, Qazaxın adıçəkilən kəndlərinin qaytarılması prosesi hələ ki baş tutmayıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan əslən Qazaxdan olan araşdırmaçı jurnalist Sərxan Carçı bildirib ki, bu barədə müxtəlif şayiələr yayılır:
"Həmin ərazilərdə çox yaşayış yox idi. Fərrux yüksəliyinin nəzarətə götürülməsi olayından sonra durum fərqli oldu. Hər halda Qarabağda canlanma var, yəqin, bu canlanma Qazaxa da yansıyar. Anlaşmaya əsasən Qazaxın 7 kəndi qaytarılmalıdır”.
Milli Cəbhə Partiyasının sədr müavini, jurnalist Tural İrfanın sözlərinə görə, 10 noyabr bəyannaməsinin müddəalarına uyğun olaraq Ağdamla bərabər Qazaxın 7 kəndi də qaytarılmalı idi. Sadəcə ermənilər həmin ərəfədə müəyyən problemlər yaratdılar:
"Müddəada göstərilən Qazaxın kəndləri ikinci planda qaldı. Çünki əsas diqqət Qarabağa yönəlmişdi. Qazaxın kəndləri diqqətdən kənarda qalmayıb, lakin ləngimələr var. Orada bir neçə kənd anklav şəraitində olduğuna görə birbaşa azad edilməsi uzun prosesdir. Sanki Qarabağ məsələsinin kiçik formasıdır. Kəndlərindəki ermənilər də torpaqların onlara məxsus olmadığını bilirlər. Qazaxın kəndlərinə ermənilərin torpaq iddiası olmayıb. Sadəcə strateji yüksəliyinə görə götürüblər. Gedişat məsələnin 1-2 günün içində də həllini tap biləcəyini göstərir. Lakin sülhməramlıların həmin ərazilərdə yerləşdirilməsinin gündəmə gəlmə ehtimalı mövcuddur. Kəndlərin bir neçəsi anklav şəraitindədir, Ermənistan sərhədindən keçmək lazım gəlir. Əsas təhlükəsizlik məsələsidir. Azad etməyə qalsa, bir neçə günə həllini tapması mümkündür. Prezident İlham Əliyev Ermənistana sülh təklif etdi. Sülhün şərtlərindən biri sərhədlərin müəyyənləşməsidir. Məncə, bu səbəbdən Qazaxın kəndləri məsələsi aktuallaşmır. Bir var kəndbəkənd azadlığına qovuşsun, biri də var ki, Ermənistan sülh müqaviləsini imzalayaraq şərtsiz ərazilərdən geri çəkilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya