"Təhlükəsizlik orqanlarının fəaliyyətini təqdir edirik"
Yusif Nəzərli
06:20 04.11.2022
Aktual
431
Əlisahib Hüseynov: "İranın məsuliyyətsiz, destruktiv davranışlarına son verməyin vaxtı artıq gəlib çatıb"
"İran səfirliyi doğrudan da təxribatla məşğuldur. Əvvəllər özünü bizə formal da olsa "dost" kimi göstərən İran İslam Respublikası hazırda üzdən "dost" kimi davranmağa da ehtiyac duymur". Bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, bu ölkə Azərbaycana qarşı açıq-aşkar düşmənçilik siyasəti yürüdür: "Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyat keçirərək İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etməsi də İranın bizə qarşı düşmənçiliyinin miqyasını göstərir.
Rəsmi məlumatda İranın Azərbaycandakı səfirliyinin adının keçməsi Tehranın iç üzünü açıb ortaya qoyur. Səfirlik hara, təxribatla məşğul olmaq hara? Səfirlik maşını nə vaxtdan iki ölkənin sərhədindən qanunsuz yüklərin daşınması üçün vasitə olub? İran səfirliyinə məxsus avtomaşınla bizim ölkəmizə bizim milli maraqlarımıza zidd olan təbliğat-təşviqat vasitələrinin daşınması fars-molla rejiminin xalqımıza qarşı, ölkəmizə qarşı necə dərin nifrət bəsləməsinin göstəricisidir. Bu rejim artıq hətta diplomatik qalmaqal yaşanacağından da çəkinmir".
Ə.Hüseynov vurğulayıb ki, İranın hakim rejimi Ermənistanı himayə etmək və Azərbaycanın mövqelərinin zəiflədilməsi üçün hər cür məkrli vasitələrə əl atır:
"DTX-nin son əməliyyatı İranın istər dini-mənəvi sahədə, istərsə də digər istiqamətlər üzrə həmişə ölkəmizə qarşı təxribat işləri apardığını bir daha təsdiqləyir. Lakin İranın bu cür məsuliyyətsiz, destruktiv davranışlarına son verməyin vaxtı artıq gəlib çatıb. Biz təhlükəsizlik orqanlarımızın bu istiqamətdə fəaliyyətlərini təqdir edirik. İranın ölkəmizdə pozuculuq-təxribat işləri ilə məşğul olan əlaltılarına qarşı mübarizə bundan sonra daha da genişlənəcək. Azərbaycan İran üçün Suriya, İraq və ya Livan deyil.
Cənub qonşumuzun Azərbaycana qarşı təxribatçı siyasəti sonda bumeranq kimi İranın özünə qarşı qayıda bilər. İşğalçı Ermənistanın baş nazirini "bismillah"la qarşılayan mollalar yaxşı olar ki, odla oynamasınlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə