Tehrandakı faciə ilə bağlı Bakıda başsağlığı kitabı açılacaq

8 yanvar 2020-ci il tarixində Tehran-Kiyev marşrutu üzrə “PS 752” reysini yerinə yetirən Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkətinin Boinq-737 təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna, İran, Kanada, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşları olan 176 sərnişin və ekipaj üzvlərinin həlak olması ilə bağlı olaraq Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyində Başsağlığı kitabı açılacaq.

Report xəbər verir ki, Başsağlığı kitabı 9 və 10 yanvar 2020-ci il tarixlərində saat 11:00-dan 13:00-a qədər və 14:00-dan 16:00-a qədər Bakı ş. Y.Vəzirov (Çəmənzəminli) küç., 49 ünvanında yerləşən Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında açılacaq.