Tramp "erməni soyqırımı" qətnaməsinə veto qoyub

ABŞ Prezidenti Donald Tramp Senatın qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməyə veto hüququndan istifadə edib.

“TASS” agentliyi xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus məlumat yayıb.

Onun sözlərinə görə, Prezident Adminsitrasiyasından bildirilib ki, Senatda qəbul edilən qərar hüquqi xarakter daşımadığından qəbul edilməyib.